“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamının 2.4-cü bəndini rəhbər tutaraq

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamının 2.4-cü bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Mərkəzi Bankının təklifini nəzərə alaraq yaşıl və aşağı karbonlu iqtisadiyyata keçidin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası” təsdiq edilsin (əlavə olunur) 2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları (qurumları) dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, publik hüquqi şəxslər bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın həyata keçirilməsi istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etsin 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
