Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013; 2026, № 1, maddələr 16, 19; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanunu) 308-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin: 1. Adında “və ya büdcədənkənar dövlət fondlarının” sözləri “, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin 2.1. dispozisiyada “və ya büdcədənkənar dövlət fondlarının” sözləri “, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin; 2.2. sanksiyada “doqquz min manatdan on üç min manatadək miqdarda” sözləri “cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında” sözləri ilə əvəz edilsin 3. 308-1.2-ci maddənin sanksiyasına “üç ilədək” sözlərindən əvvəl “cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında cərimə edilməklə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud” sözləri əlavə edilsin 4. “Qeyd” hissəsinin mətni 1-ci bənd hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda 2-ci və 3-cü bəndlər əlavə edilsin: “2. Bu maddədə “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə bu Məcəllənin 195-2-ci maddəsinin “Qeyd” hissəsindəki anlayış nəzərdə tutulur 3. Bu maddədə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayətin predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaiti) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
