Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 86 nömrəli, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 87 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın təsdiq edilməsi haqqında” 2019-cu il 11 aprel tarixli 157 nömrəli, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 22 may tarixli 237 nömrəli, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 23 mart tarixli 106 nömrəli, “Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında” 2024-cü il 20 may tarixli 267 nömrəli, “Müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 24 may tarixli 277 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2024-cü il 1 iyul tarixli 325 nömrəli və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasının, qiymətləndirmənin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2024-cü il 9 iyul tarixli 335 nömrəli qərarlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 485 (Cild I); 2024, № 4, maddə 437; 2025, № 2, maddə 206) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 3.2-ci bənddə (hər iki halda), 3.5-ci bəndin ikinci cümləsində ismin müvafiq hallarında “Mərkəzin rəsmi internet saytı” sözləri ismin müvafiq hallarında “Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti” sözləri ilə əvəz edilsin; 1.2. aşağıdakı məzmunda 3.13-cü bənd əlavə edilsin: “3.13. Namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticələr etibarsız hesab edilir. Mərkəz tərəfindən sertifikatın ləğv olunması barədə müvafiq qərar qəbul edilir və 3 (üç) iş günü ərzində nəticələrinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat namizədə elektron qaydada təqdim olunur. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.” 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 486 (Cild I); 2024, № 4, maddə 437, № 5 (II kitab), maddə 589; 2025, № 2, maddələr 201, 206, № 12 (II kitab), maddə 1218) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda aşağıdakı dəyişikliklər edilsin: 2.1. 5-ci hissə və 6.9-cu bənd aşağıdakı redaksiyada verilsin: “5. Sertifikat elektron sənəd formasında Mərkəzin müvafiq informasiya sistemində formalaşdırılaraq namizədlərin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri vasitəsilə təqdim edilir.”; “6.9. “Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.” sözləri və müvafiq QR kod.”; 2.3.1. 9-cu hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin: “9. Sertifikata aşağıdakı hallarda Mərkəz tərəfindən dəyişiklik edilə bilər:”; 2.3.2. 9.2-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin; 2.4. 11-ci hissəyə “sertifikatların” sözündən sonra “elektron” sözü əlavə edilsin; 2.5. həmin Formanın 2 nömrəli əlavəsində “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədrinin”, “soyad, adı”, “imza”, “M.Y.” sözləri “Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.” sözləri ilə əvəz edilsin və aşağı sağ küncünə müvafiq QR kod yerləşdirilsin 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 751 (Cild I); 2024, № 1, maddələr 80, 111; 2025, № 3, maddə 282, № 7, maddə 725) ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da aşağıdakı dəyişikliklər edilsin: 3.1. 12-2-ci hissədə “Mərkəzin rəsmi internet saytı (bundan sonra-sayt)” sözləri “Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti (bundan sonra – elektron kabinet)” sözləri ilə əvəz edilsin; 3.2. 12-3.5-ci bənddə “saytı” sözü “Mərkəzin rəsmi internet saytı (bundan sonra – sayt)” sözləri ilə əvəz edilsin; 3.3. 12-3.6-cı bənddə “sayta” sözü “onların elektron kabinetinə” sözləri ilə əvəz edilsin 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 970 (Cild I); 2024, № 2, maddə 241, № 3, maddə 341, № 5 (II kitab), maddə 611; 2025, № 1, maddə 83, № 2, maddə 206, № 6, maddə 599) ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 4.1. 2.3.8-ci yarımbəndə “vərəqəsini” sözündən sonra “onların Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetlərində” sözləri əlavə edilsin; 4.2. 2.10-cu bəndin ikinci cümləsində “fərdi identifikasiya nömrəsini (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərməklə, Mərkəzin rəsmi internet saytında yaratdığı “Şəxsi kabinet”i” sözləri “fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərilməklə, Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti” sözləri ilə əvəz edilsin; 4.3. 3.14-cü bənddə “vəzifəli şəxsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilir” sözləri “səlahiyyətli şəxsi tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək elektron sənəd formasında Mərkəzin müvafiq informasiya sistemində formalaşdırılaraq namizədlərin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri vasitəsilə təqdim edilir.” sözləri ilə əvəz edilsin; 4.4. aşağıdakı məzmunda 3.15-ci bənd əlavə edilsin: “3.15. Bu Qaydaların 2.10-1-ci bəndi nəzərə alınmaqla namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticələr etibarsız hesab edilir. Mərkəz tərəfindən sertifikatın ləğv olunması barədə müvafiq qərar qəbul edilir və 3 (üç) iş günü ərzində nəticələrinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat namizədə və Maliyyə Nazirliyinə elektron qaydada təqdim olunur. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.”; 4.5. 4.2-ci bənd, 5-ci və 6-cı hissələr ləğv edilsin; “4.5. Bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən formada peşəkar mühasib sertifikatı almış şəxslər barədə aylıq məlumatlar Mərkəzin informasiya sistemindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminə real vaxt rejimində ötürülür.”; “4.7. Peşəkar mühasib sertifikatında aşağıdakı məlumatlar əks etdirilir: 4.7.1. peşəkar mühasib sertifikatının seriyası, nömrəsi və tarixi; 4.7.2. peşəkar mühasib sertifikatını verən qurumun adını, növünü, verildiyi şəxsin adını, atasının adını, soyadını, qüvvədə olma müddətini əks etdirən məlumat qrafaları.”; 4.7.3. “Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.” qeydi və aşağı sağ küncündə müvafiq QR kod yerləşdirilsin; 4.8. həmin Qaydalara 1 nömrəli əlavə - “Peşəkar mühasib sertifikatı”nda “Peşəkar mühasib sertifikatını təsdiq edən məsul şəxs:”, “(adı, soyadı)”, “Vəzifəsi:”, “İmza:”, “M.Y.” sözləri “Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.” sözləri ilə əvəz edilsin və aşağı sağ küncünə müvafiq QR kod yerləşdirilsin; 4.9. həmin Qaydaların 2 nömrəli əlavəsindən “Rəhbər”, “(imza)”, “(adı, atasının adı, soyadı)”, “İcraçı”, “(imza)”, “(adı, atasının adı, soyadı)”, “____” ___ _______ il” və “(icraçının soyadı və telefonu)” sözləri çıxarılsın 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 367 (Cild I); 2024, № 5 (II kitab), maddə 611; 2025, № 2, maddə 206, № 5, maddə 495, № 9, maddə 848) ilə təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 5.1. 3.1-ci bəndin ikinci cümləsinə “aşağıdakı sənədlərinin” sözlərindən sonra “Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri (bundan sonra – elektron kabinet) vasitəsilə” sözləri əlavə edilsin; “3.4. Namizədlərin ali və ya orta ixtisas təhsili haqqında məlumatlar Fond tərəfindən yoxlanılır.”; 5.3. 4.2-ci bənddə “Mərkəzin rəsmi internet saytı” (hər iki halda) sözləri “elektron kabinet” sözləri ilə əvəz edilsin; 5.4. 5.5-ci bənddə “vəzifəli şəxsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilir” sözləri “səlahiyyətli şəxsi tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək elektron sənəd formasında Mərkəzin müvafiq informasiya sistemində formalaşdırılaraq namizədlərin elektron kabinetləri vasitəsilə təqdim edilir” sözləri ilə əvəz edilsin; “5.6. Bu Qaydanın 3.2-ci bəndi nəzərə alınmaqla namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticə etibarsız hesab edilir. Mərkəz tərəfindən sertifikatın ləğv olunması barədə müvafiq qərar qəbul edilir və 3 (üç) iş günü ərzində nəticəsinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat namizədə və Fonda elektron qaydada təqdim olunur. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.”; 5.6. həmin Qaydaya 2 nömrəli əlavə - “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı”nda “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatını təsdiq edən məsul şəxs”, “(şəxsin soyadı, adı və atasının adı)”, “Vəzifəsi”, “İmza”, “M.Y.” sözləri “Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.” sözləri ilə əvəz edilsin və aşağı sağ küncünə müvafiq QR kod yerləşdirilsin 6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 604; 2025, № 9, maddə 848) ilə təsdiq edilmiş “Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 6.1. 3.2.3-cü yarımbəndə “vərəqəsini” sözündən sonra “onların Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetlərində” sözləri əlavə edilsin; 6.2. 3.4-cü bənddə “fərdi identifikasiya nömrəsini (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərməklə, saytda yaratdığı “Şəxsi kabinet”i” sözləri “fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərilməklə, Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti” sözləri ilə əvəz edilsin; 6.3. 4.2-ci bənddə “gücləndirilmiş elektron imza ilə təsdiq edilərək elektron formada Mərkəzin informasiya sistemi vasitəsilə” sözləri “təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək elektron sənəd formasında Mərkəzin müvafiq informasiya sistemində formalaşdırılaraq namizədlərin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri vasitəsilə” sözləri ilə əvəz edilsin; “4.4. Bu Qaydaların 3.5-ci bəndi nəzərə alınmaqla namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticə etibarsız hesab edilir və Mərkəz tərəfindən şəhadətnamənin ləğv olunması barədə müvafiq qərar qəbul edilir, 3 (üç) iş günü ərzindən elektron qaydada namizədə nəticəsinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat təqdim olunur. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.”; 6.5. həmin Qaydalara əlavə - “Qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması”nda “Bu sənəd səlahiyyətli şəxsin elektron imzası ilə imzalanmışdır.” sözləri “Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.” sözləri ilə əvəz edilsin 7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 may tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 614; 2025, № 9, maddə 848) ilə təsdiq edilmiş “Müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 7.1. 3.2.2-ci yarımbəndə “vərəqəsini” sözündən sonra “onların Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetlərində” sözləri əlavə edilsin; 7.2. 4.2-ci bənddə “sayt” sözü “Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti” sözləri ilə əvəz edilsin; 7.3. 5.5-ci bənddə “vəzifəli şəxsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilir” sözləri “səlahiyyətli şəxsi tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək elektron sənəd formasında Mərkəzin müvafiq informasiya sistemində formalaşdırılaraq namizədlərin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri vasitəsilə təqdim edilir” sözləri ilə əvəz edilsin; “5.6. Bu Qaydanın 2.3-cü bəndi nəzərə alınmaqla namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticəsi etibarsız hesab edilir və Mərkəz tərəfindən sertifikatın ləğv olunması barədə müvafiq qərar qəbul edilir, 3 (üç) iş günü ərzində nəticəsinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat namizədə və Mərkəzi Banka elektron qaydada təqdim olunur. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.”; 7.5. həmin Qaydaya əlavə - “Sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı”nda “Müstəqil ekspert sertifikatını təsdiq edən məsul şəxs”, “(şəxsin soyadı, adı, atasının adı)”, “Vəzifəsi”, “İmza”, “M.Y.” sözləri “Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.” sözləri ilə əvəz edilsin və aşağı sağ küncünə müvafiq QR kod yerləşdirilsin 8. “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 iyul tarixli 325 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 886; 2025, № 2, maddə 206) aşağıdakı dəyişikliklər edilsin: 8.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması” üzrə: 8.1.1. cədvəldə “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi”, “(qurumun rəhbərinin soyadı və adı)”, “(imza)”, “M.Y.” sözləri “Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.” sözləri ilə əvəz edilsin və aşağı sağ küncünə müvafiq QR kod yerləşdirilsin; 8.1.2. “Qeydlər” hissəsinin 1-3-cü bəndləri ləğv edilsin; 8.1.3. “Qeydlər” hissəsinin 5-ci bəndində “Mərkəzin rəsmi internet saytında yaradılmış sürücünün şəxsi kabinetinə” sözləri “sürücünün Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində” sözləri ilə əvəz edilsin; 8.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması” üzrə: 8.2.1. cədvəldə “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi”, “(qurumun rəhbərinin soyadı və adı)” və “(imza)” sözləri “Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.” sözləri ilə əvəz edilsin və aşağı sağ küncünə müvafiq QR kod yerləşdirilsin; 8.2.2. “Qeydlər” hissəsinin 1-3-cü bəndləri ləğv edilsin; 8.2.3. “Qeydlər” hissəsinin 5-ci bəndində “Mərkəzin rəsmi internet saytında yaradılmış sürücünün şəxsi kabinetinə” sözləri “sürücünün Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində” sözləri ilə əvəz edilsin 9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 iyul tarixli 335 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 896; 2025, № 2, maddə 206) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 9.1. 3.5-ci bənddə “Mərkəzin rəsmi internet saytı” sözləri “Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti (bundan sonra – elektron kabinet)” sözləri ilə əvəz edilsin; 9.2. 3.6.6-cı yarımbənddə “rəsmi internet saytına” sözləri “onların elektron kabinetinə” sözləri ilə əvəz edilsin; 9.3. 3.18.3-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.18.4-cü yarımbənd əlavə edilsin: “3.18.4. onu almış şəxsin sürücülük vəsiqəsinin nömrəsi və kateqoriyası dəyişdikdə (sürücülərə münasibətdə).”; 9.4. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması” və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması” üzrə “Qeydlər” hissəsinin 5-ci bəndində “Mərkəzin rəsmi internet saytında yaradılmış sürücünün şəxsi kabinetinə” sözləri “sürücünün elektron kabinetinə” sözləri ilə əvəz edilsin 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

