Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019 cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119 cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026 cı il 17 mart tarixli 380 VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi mə

Azərbaycan Respublikası Konstitusiyasının 119 cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026 cı il 17 mart tarixli 380 VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 aprel tarixli 639 nömrəli Fərmanının 3.2 ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019 cu il 10 may tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 950 (Cild I); 2024, № 3, maddə 306, № 9, maddə 1093) ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nın 9 cu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 10 cü abzas əlavə edilsin: “10. qeyri filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, kəşfiyyatı, işlənilməsi və idarə olunması məqsədilə yer təki sahələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən birbaşa olaraq paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsinə verildikdə.” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

