Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Xəzər Neft və Qaz Sərgisi artıq 30 ildən çoxdur ki, mühüm inkişaf yolu keçib. Bu tədbir bu gün sadəcə neft-qaz sənayesində yeni texnologiyaların və innovasiyaların təqdim olunduğu sərgi deyil. Bu həm də Azərbaycanın beynəlxalq müstəvidə siyasi və iqtisadi təqdimatına xidmət edən nüfuzlu platformadır

0 baxışazertag.az
Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH
Paylaş:

Xəzər Neft və Qaz Sərgisi artıq 30 ildən çoxdur ki, mühüm inkişaf yolu keçib. Bu tədbir bu gün sadəcə neft-qaz sənayesində yeni texnologiyaların və innovasiyaların təqdim olunduğu sərgi deyil. Bu həm də Azərbaycanın beynəlxalq müstəvidə siyasi və iqtisadi təqdimatına xidmət edən nüfuzlu platformadır. Dünyanın aparıcı enerji şirkətlərinin, dövlət rəsmilərinin və beynəlxalq təşkilatların bu tədbirə göstərdiyi maraq onun əhəmiyyətini daha da artırır. Xüsusilə ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər nüfuzlu liderlərin sərgi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları məktublar tədbirin beynəlxalq çəkisinin göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın qlobal enerji siyasətində mühüm aktor kimi qəbul olunduğunu, regional və beynəlxalq proseslərin mərkəzində yer aldığını nümayiş etdirir. Bu baxımdan, Xəzər Neft və Qaz Sərgisi artıq təkcə iqtisadi deyil, həm də siyasi və diplomatik əhəmiyyət daşıyan bir platforma kimi qiymətləndirilməlidir Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli deyib Onun sözlərinə görə, Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirlər hesabına son onilliklərdə böyük inkişaf yolu keçib. Xüsusilə postmünaqişə dövründə Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsində neft və qaz gəlirləri mühüm rol oynayıb. Dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri olan enerji sektoru hesabına genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb, təhsil və səhiyyə müəssisələri tikilib, regionların sosial-iqtisadi inkişafı təmin olunub “Eyni zamanda, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, müasir ordu quruculuğu və təhlükəsizlik sahəsinə yönəldilən investisiyalar da məhz bu iqtisadi potensial hesabına mümkün olub. Nəticədə Azərbaycan həm 44 günlük Vətən müharibəsində, həm də sonrakı antiterror tədbirlərində mühüm uğurlar əldə edərək ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib Bu illər ərzində Azərbaycanın iqtisadi və siyasi gücünü artıran bir sıra strateji layihələr həyata keçirilib. TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çıxarılıb, ölkəmiz qitənin enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib. Bakı–Tbilisi–Ceyhan neft kəməri isə regionun enerji xəritəsini dəyişən layihələrdən biri kimi tarixə düşüb”, - deyə QHT rəhbəri əlavə edib İ.Hüseynlinin fikrincə, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizinin formalaşmasına imkan yaradıb. Nəqliyyat-logistika infrastrukturunun inkişafı, kommunikasiya xətlərinin genişləndirilməsi və tranzit imkanlarının artırılması Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da möhkəmləndirib “Bu gün Cənubi Qafqazda baş verən geosiyasi proseslər də Azərbaycanın artan iqtisadi və siyasi nüfuzunu təsdiqləyir. Regionda sülh gündəliyinin güclənməsi, yeni əməkdaşlıq formatlarının meydana çıxması və beynəlxalq tərəfdaşların Azərbaycana artan marağı ölkəmizin strateji əhəmiyyətini daha da yüksəldir. Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də regional sabitlik, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya layihələrinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Məhz bu uğurların əsasında Azərbaycanın zəngin enerji ehtiyatları və bu resurslardan səmərəli istifadə siyasəti dayanır. Enerji sektorunun inkişafı ölkəyə xarici investisiyaların cəlb olunmasına, turizm, tikinti və sənaye kimi digər sahələrin inkişafına da ciddi təkan verib. Dünyanın aparıcı enerji şirkətlərinin, o cümlədən bp, Chevron və digər beynəlxalq korporasiyaların Azərbaycanda fəaliyyət göstərməsi ölkənin investisiya cəlbediciliyinin göstəricisidir. Bu baxımdan Xəzər Neft və Qaz Sərgisinin rolu xüsusi qeyd olunmalıdır. Məhz bu platforma vasitəsilə yeni əməkdaşlıqlar qurulur, strateji tərəfdaşlıqlar möhkəmlənir və Azərbaycanın enerji potensialı beynəlxalq ictimaiyyətə təqdim olunur. Prezident İlham Əliyevin sərgidəki çıxışında da vurğulandığı kimi, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi inkişafı deyil, həm də regional əməkdaşlığı, enerji təhlükəsizliyini və dayanıqlı inkişaf məqsədlərini özündə ehtiva edir”, - deyə o fikrini yekunlaşdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler