Azərbaycan qazının Avropaya ixracı genişlənir - ŞƏRH
Son illərdə həyata keçirilən məqsədyönlü enerji strategiyası Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert İlhan İşbaş bildirib Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yaradılmı

Son illərdə həyata keçirilən məqsədyönlü enerji strategiyası Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert İlhan İşbaş bildirib Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yaradılmış geniş infrastruktur – TANAP və TAP qaz kəmərləri – Azərbaycan qazının Cənubi Qafqazdan Avropanın mərkəzinə qədər fasiləsiz nəqlini təmin edir “Bu layihə həm regional inteqrasiyanı gücləndirir, həm də Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verir. Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Azərbaycan qazına olan tələbatın artması diqqət çəkən əsas məqamlardandır. Artıq İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Xorvatiya və digər ölkələr Azərbaycan qazından istifadə edir ki, bu da enerji əməkdaşlığının coğrafiyasının davamlı şəkildə genişləndiyini göstərir. Son mərhələdə Avstriya və Almaniyaya enerji təchizatı imkanları ilə bağlı aparılan müzakirələr isə əməkdaşlığın daha yüksək səviyyəyə keçə biləcəyini nümayiş etdirir. Avropanın sənaye baxımından aparıcı ölkələri olan bu dövlətlər üçün enerji mənbələrinin diversifikasiyası xüsusilə strateji əhəmiyyət daşıyır. Azərbaycanın Avropa enerji bazarındakı mövqeyinin güclənməsi qlobal enerji sistemində balansın dəyişməsi ilə birbaşa bağlıdır. Enerji təhlükəsizliyi artıq təkcə iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik və siyasi sabitlik amilinə çevrilib”, - deyə İlhan İşbaş vurğulayıb Ekspert qeyd edib ki, Azərbaycan qazının Avropaya sabit və etibarlı şəkildə çatdırılması uzunmüddətli tərəfdaşlığın əsasını təşkil edir: “Avstriya və Almaniya kimi ölkələrlə mümkün enerji əməkdaşlığı Avropanın enerji xəritəsində yeni bağlantıların formalaşmasına gətirib çıxara bilər. Bu, həm təchizat təhlükəsizliyini gücləndirir, həm də alternativ marşrutların inkişafını sürətləndirir. Xəzər regionunun enerji potensialının Avropa bazarlarına inteqrasiyası qarşılıqlı fayda prinsipi üzərində qurulub və bu proses gələcəkdə daha da dərinləşəcək. Qlobal enerji çağırışları fonunda etibarlı və çevik tərəfdaşların rolu daha da artır və Azərbaycan bu baxımdan önəmli aktor kimi çıxış edir. Azərbaycanın Avropa ilə enerji əməkdaşlığının genişlənməsi həm regionun iqtisadi inteqrasiyasına, həm də qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Bu proses eyni zamanda Xəzər hövzəsinin strateji əhəmiyyətini daha da artıraraq yeni enerji əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


