Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Moskvada Azərbaycan nümayəndələrinin iştirakı ilə MDB-yə üzv dövlətlərin terrorizmlə mübarizəyə cavabdeh səlahiyyətli orqanlarının bölmələrinin rəhbərlərinin XIX müşavirəsi keçirilib MDB iştirakçısı olan ölkələrin Antiterror Mərkəzinin mətbuat bürosundan AZƏRTAC-a bildirilib ki, tədbir terrorizm və

0 baxışazertag.az
Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər
Paylaş:

Moskvada Azərbaycan nümayəndələrinin iştirakı ilə MDB-yə üzv dövlətlərin terrorizmlə mübarizəyə cavabdeh səlahiyyətli orqanlarının bölmələrinin rəhbərlərinin XIX müşavirəsi keçirilib MDB iştirakçısı olan ölkələrin Antiterror Mərkəzinin mətbuat bürosundan AZƏRTAC-a bildirilib ki, tədbir terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə həsr olunub Müşavirədə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın səlahiyyətli orqanlarının nümayəndələri, həmçinin MDB orqanlarının işçi strukturlarının, aidiyyəti beynəlxalq və elmi-təhsil təşkilatlarının təmsilçiləri iştirak ediblər Plenar iclas zamanı iştirakçılar kollektiv təhlükəsizliyin təmin olunması məqsədilə Birlik ölkələrinin səlahiyyətli orqanlarının səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar İxtisaslaşmış sessiyalar çərçivəsində müasir terror və ekstremizm təhdidlərinə qarşı mübarizə, beynəlxalq əməkdaşlığın inkişafı, informasiya mübadiləsi, eləcə də süni intellekt texnologiyalarının qanunsuz məqsədlərlə istifadəsinin qarşısının alınması məsələləri müzakirə olunub Görüşün yekununda iştirakçılar terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler