Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda iştirak edir
Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum keçirilir APA-nın Rusiya bürosu xəbər verir ki, forumda Azərbaycanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir Forum çərçivəsində Elnur Əliyevlə Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edə

Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum keçirilir APA-nın Rusiya bürosu xəbər verir ki, forumda Azərbaycanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir Forum çərçivəsində Elnur Əliyevlə Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin və Dağıstan Respublikası hökumətinin sədri Maqomed Ramazanov arasında işgüzar görüşlər keçirilib Azərbaycan Respublikası ilə Dağıstan Respublikası arasında ticarət, iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi ilə bağlı cari məsələlər müzakirə edilib. Azərbaycan və Dağıstan şirkətləri arasında kənd təsərrüfatı sektorunda əməkdaşlıq haqqında müqavilələr imzalanıb Həmçinin Azərbaycan nümayəndə heyəti ilə Kareliya Respublikasının rəhbəri Artur Parfençikov arasında da işgüzar görüş keçirilib. Görüşdə ikitərəfli ticarət və investisiya əlaqələrinin inkişafına diqqət yetirilib Bildirilib ki, hazırda Azərbaycan və Kareliya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsi nəzərdən keçirilir


