Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları və ya 0,7 % azalaraq 140,68 ABŞ dolları təşkil edib Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 144,42 ABŞ doll

0 baxışreport.az
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Paylaş:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları və ya 0,7 % azalaraq 140,68 ABŞ dolları təşkil edib Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 144,42 ABŞ dolları təşkil edib Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,57 ABŞ dolları və ya 0,42 % azalaraq 134,58 ABŞ dolları təşkil edib Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler