Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Dünya çempionatı futbol aləminin ən böyük hadisələrindən biridir. Mən bu turniri, ilk növbədə, futbol azarkeşi kimi səbirsizliklə gözləyirəm. Açılış oyununda dünya futbolunun ən böyük gücləri qarşılaşmasa da, dünya çempionatının özünəməxsus ruhu və atmosferi ilk matça xüsusi aura bəxş edir Bu sözlə

0 baxışazertag.az
Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb
Paylaş:

Dünya çempionatı futbol aləminin ən böyük hadisələrindən biridir. Mən bu turniri, ilk növbədə, futbol azarkeşi kimi səbirsizliklə gözləyirəm. Açılış oyununda dünya futbolunun ən böyük gücləri qarşılaşmasa da, dünya çempionatının özünəməxsus ruhu və atmosferi ilk matça xüsusi aura bəxş edir Bu sözləri AZƏRTAC-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov bu gün start götürəcək dünya çempionatı ilə bağlı fikirlərini bölüşərkən deyib Rəşad Eyyubov son illərdə milli komandalar arasında güc fərqinin azaldığını qeyd edib: “Ümumilikdə son on ildə futbol çox dəyişib. Artıq komandalar arasındakı fərq əvvəlki kimi böyük deyil. Düşünürəm ki, bu mundialda bizi xoş sürprizlər gözləyir. İlk dəfə dünya çempionatında iştirak edəcək Özbəkistan və Kabo-Verde kimi yığmaların bir çoxlarını təəccübləndirəcəyinə inanıram” Baş məşqçi turnirin favoriti ilə bağlı fikirlərini də bölüşüb: “Mənim əsas favoritim İngiltərə millisidir. Onların çox balanslı komandası var. Həm fərdi keyfiyyətlər, həm də komanda oyunu baxımından güclü təsir bağışlayırlar. Oyunlarını izləməkdən zövq alıram” Qeyd edək ki, futbol üzrə dünya çempionatı bu gün start götürəcək. Turnirin açılış oyununda ev sahiblərindən Meksika millisi paytaxt Mexikoda Cənubi Afrika Respublikası yığması ilə qarşılaşacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler