Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan millisi Çövkən üzrə dünya çempionu olub - FOTO

Bakıda keçirilən Çövkən üzrə II Dünya Çempionatı başa çatıb APA xəbər verir ki, turnirin son günündə əvvəlcə üçüncü yer uğrunda görüş keçirilib. Uruqvay və Niger yığmaları arasında baş tutan qarşılaşmada Uruqvay millisi rəqibini 3:2 hesabı ilə məğlub edərək bürünc medal qazanıb Final oyununda isə

0 baxışapa.az
Azərbaycan millisi Çövkən üzrə dünya çempionu olub - FOTO
Paylaş:

Bakıda keçirilən Çövkən üzrə II Dünya Çempionatı başa çatıb APA xəbər verir ki, turnirin son günündə əvvəlcə üçüncü yer uğrunda görüş keçirilib. Uruqvay və Niger yığmaları arasında baş tutan qarşılaşmada Uruqvay millisi rəqibini 3:2 hesabı ilə məğlub edərək bürünc medal qazanıb Final oyununda isə Azərbaycan və Çili milli komandaları üz-üzə gəlib Böyük maraqla izlənilən həlledici qarşılaşmada Azərbaycan millisi üstün oyun nümayiş etdirərək Çili yığmasını 3:0 hesabı ilə məğlub edib Beləliklə, Azərbaycan millisi Çövkən üzrə II Dünya Çempionatının qalibi olaraq qızıl medal və çempionat kubokuna sahib çıxıb Çili yığması ikinci yeri tutaraq gümüş medala layiq görülüb. Uruqvay komandası isə yarışı üçüncü pillədə başa vurub Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi Çövkən üzrə II Dünya Çempionatı yüksək təşkilatçılığı, maraqlı qarşılaşmaları və iştirakçı komandaların gərgin mübarizəsi ilə yadda qalıb

Kaynak: apa.az

Diğer Haberler