Azərbaycan Milli Xalça Muzeyində "Təbii Zəka / NI - Natural Intelligence" sərgisi açılıb
Azərbaycan Milli Xalça Muzeyində "Təbii Zəka / NI - Natural Intelligence" adlı sərgi açılıb "Report"un məlumatına görə, sərgidə rəssamlar Ramil Aliev, Emin Mathers, Nərgiz Ramizqızı, Ramil Mammadli və Lenay Seidəli-zadənin incəsənət, elm və müasir texnologiyaları birləşdirən science art istiqamətin

Azərbaycan Milli Xalça Muzeyində "Təbii Zəka / NI - Natural Intelligence" adlı sərgi açılıb "Report"un məlumatına görə, sərgidə rəssamlar Ramil Aliev, Emin Mathers, Nərgiz Ramizqızı, Ramil Mammadli və Lenay Seidəli-zadənin incəsənət, elm və müasir texnologiyaları birləşdirən science art istiqamətində yaratdıqları instalyasiyalar, digital art, nano video art və performans əsərlər nümayiş olunur Açılışda çıxış edən muzeyin direktoru Əminə Məlikova bildirib ki, layihə texnoloji tərəqqinin, rəqəmsal mühitin və qlobal ekoloji dəyişikliklərin müasir insanın düşüncə tərzinə təsirini araşdırır. O qeyd edib ki, sərgi yaddaş, diqqət, qavrayış, insanın ətraf mühitlə qarşılıqlı münasibətləri, həmçinin rəqəmsallaşma dövründə fiziki reallıqdan və mədəni köklərdən tədricən uzaqlaşma mövzularını əhatə edir Azad Mirzəcanzadə İnkişaf Proqramının rəhbəri Leyla Seyidzadə isə öz çıxışında vurğulayıb ki, "Təbii intellekt" layihəsi Proqramın qalibi olan və həyata keçirilməsi üçün dəstək alan ilk art-layihədir, çünki sərgi "Science art" istiqamətində həyata keçirilir və elmi, sənəti və müasir texnologiyaları birləşdirir Sərginin kuratoru Sofiya Frank layihə çərçivəsində təqdim olunan Ramil Əliyev, Emin Mathers, Nərgiz Ramizqızı, Ramil Məmmədli və Lenay Seyidəli-zadənin işləri barədə məlumat verib "Rəssamların instalyasiyaları, digital art, nano video art və performansları özündə böyük tədqiqat işi və elmi yanaşma ehtiva edir. Rəssamların hər biri bəşəriyyət üçün vacib suallar qoyur ki, bunlar hətta kimisə qorxuda da bilər", - o deyib "Təbii Zəka / NI – Natural Intelligence" layihəsi texnoloji tərəqqinin, rəqəmsal mühitin və qlobal ekoloji dəyişikliklərin müasir insanın düşüncə tərzinə təsirini araşdırır. Ekspozisiyanın əsas mövzularını yaddaş, diqqət, qavrayış, insanın ətraf mühitlə əlaqəsi və rəqəmsallaşma dövründə fiziki reallıqdan və mədəni köklərdən tədricən uzaqlaşma prosesi təşkil edir Layihədə Azərbaycan xalçası yaddaşın, simvolların və mədəni kodların daşıyıcısı kimi xüsusi yer tutur. Müəlliflər bu qədim sənəti müasir sosial, texnoloji və ekoloji proseslər fonunda yenidən interpretasiya ediblər Elm və incəsənətin qarşılıqlı əlaqəsini ön plana çıxaran sərgi tamaşaçıları insanın təbiət, öz bədəni, texnologiyalar və mədəni irslə münasibətlərinin necə dəyişdiyi barədə düşünməyə dəvət edir Layihə Azad Mirzəcanzadə adına İnkişaf Proqramının qalibi olub və Atəş Hub platforması tərəfindən həyata keçirilir. Atəş Hub platformasının təsisçisi və mentoru Azərbaycanın Əməkdar rəssamı, kurator Sabina Şıxlinskaya, layihənin kuratoru Sofiya Frank, koordinatoru isə Aqnessa Tariverdiyevadır Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və "Yaradıcı Mərkəz"in dəstəyi ilə keçirilən sərgi iyunun 14-dək ziyarətçilər üçün açıq olacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


