Azərbaycan milli komandası San-Marinonu məğlub etdi
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununu keçirib Modern.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv San Marino yığması ilə qarşılaşıb Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutan görüşdə m

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununu keçirib Modern.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv San Marino yığması ilə qarşılaşıb Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutan görüşdə millimiz 2:1 hesablı qələbə qazanıb Millinin heyətində qolları Rəhman Daşdəmirov (27) və Renat Dadaşov (49) vurublar Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub


