Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan-Əlcəzair əməkdaşlığı müzakirə edilib

Azərbaycanla Əlcəzair arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub 525.az Əlcəzair mediasına istinadən xəbər verir ki, müzakirələr Milli Məclisinin nümayəndə heyətinin bu ölkəyə səfəri çərçivəsində baş tutub. Əlcəzair Milli Xalq Assambleyasının Azərbaycanla əlaqələr

0 baxış525.az
Azərbaycan-Əlcəzair əməkdaşlığı müzakirə edilib
Paylaş:

Azərbaycanla Əlcəzair arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub 525.az Əlcəzair mediasına istinadən xəbər verir ki, müzakirələr Milli Məclisinin nümayəndə heyətinin bu ölkəyə səfəri çərçivəsində baş tutub. Əlcəzair Milli Xalq Assambleyasının Azərbaycanla əlaqələr üzrə işçi qrupunun dəvəti əsasında həyata keçirilən səfərdə Əlcəzair ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov, qrupun üzvləri Mehriban Vəliyeva, Müşfiq Cəfərov və Bəhruz Məhərrəmov təmsil olunublar Əlcəzair Millət Şurasının xarici əlaqələr üzrə vitse-prezidenti Rabeh Bağali ilə görüş iki ölkənin münasibətlərinin inkişaf trayektoriyasını qiymətləndirmək və ortaq maraq kəsb edən məsələlərin siyasi harmoniya və qarşılıqlı anlaşma nəzərə alınmaqla inkişaf perspektivlərini araşdırmaq üçün fürsət yaradıb Görüşdə ikitərəfli əməkdaşlığı daha geniş və daha dinamik səviyyəyə qaldırmaq, tərəfdaşlığı gücləndirmək üçün ortaq iradənin ifadə edilməsi vurğulanıb. Bağali Əlcəzair və Azərbaycan arasındakı əlaqələrin möhkəmliyini yüksək qiymətləndirib, səfərin əhəmiyyətini, həmçinin parlament diplomatiyasının aktivləşdirilməsinin önəmini qeyd edib Əlcəzairin Energetika və bərpa olunan enerji naziri Murad Acal ilə keçirilən görüşdə enerji və bərpa olunan enerji sahəsində əməkdaşlığın gücləndirilməsi diqqətdə olub Əlcəzairin dövlət naziri və karbohidrogenlər naziri Məhəmməd Ərkab ilə görüşdə isə karbohidrogen sektorunda ikitərəfli əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında tərəfdaşlıq sahələrinin genişləndirilməsi yolları müzakirə olunub Milli Xalq Məclisindəki Əlcəzair-Azərbaycan Dostluq Qrupunun sədri Əbdülbasset Garbi və nazirlik rəsmilərinin iştirakı ilə keçirilən görüşdə yataqların işlənməsi, karbohidrogen nəqli, neft emalı və neft-kimya sahələrində, eləcə də neft və qaz sənayesi ilə bağlı müxtəlif fəaliyyətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə diqqət yetirilib. İkitərəfli münasibətlərin dostluğa əsaslandığı və çox yaxşı səviyyədə olduğu vurğulanıb. Kadrların ixtisasının artırılması, təcrübə və təlim mübadiləsinin gücləndirilməsinin vacibliyi qeyd edilib Sonatrach Qrupu və SOCAR da daxil olmaqla iki ölkənin şirkətləri arasında investisiya imkanları və əməkdaşlıq, texnoloji və texniki mübadilələrin gücləndirilməsi mexanizmləri də müzakirə edilib. 2022-ci ilin noyabr ayında Əlcəzairdə imzalanmış Anlaşma Memorandumu xatırlanaraq, karbohidrogen sahəsində əməkdaşlıq üçün yeni üfüqlər açmaq və ikitərəfli strateji tərəfdaşlığı gücləndirmək üçün onu praktik tətbiqinin vacibliyi vurğulanıb Bundan əlavə, tərəflər qlobal neft və qaz bazarlarındakı inkişaflar barədə fikir mübadiləsi aparblar, bazar sabitliyinin dəstəklənməsi və enerji təchizatı təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək üçün OPEC+ və Qaz İxrac Edən Ölkələr Forumu (GECF) çərçivəsində davamlı koordinasiya və məsləhətləşmələrə ehtiyac olduğu bir daha təsdiqlənib

Kaynak: 525.az

Diğer Haberler