Azərbaycan-İtaliya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur ŞƏRH
Azərbaycan ilə İtaliya arasındakı əlaqələr uzun illərdir ki, strateji tərəfdaşlıq zəminində inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında formalaşaraq getdikcə daha da möhkəmlənir. Sözügedən tərəfdaşlığın dərinləşməsində Prezident İlham Əliyevin uzaqgörən və praq

Azərbaycan ilə İtaliya arasındakı əlaqələr uzun illərdir ki, strateji tərəfdaşlıq zəminində inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında formalaşaraq getdikcə daha da möhkəmlənir. Sözügedən tərəfdaşlığın dərinləşməsində Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti həlledici rol oynayır. Dövlət başçısının təşəbbüsləri nəticəsində iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoqla yanaşı; iqtisadiyyat, enerji, təhsil, humanitar və mədəni sahələrdə də davamlı, qarşılıqlı faydalı əməkdaşlıq qurulmuşdur. Beləliklə, bu əlaqələr təkcə milli maraqlara xidmət etmir, həmçinin regionda sabitliyin və inkişafın təmin olunmasına mühüm töhfələr verir Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib O xatırladıb ki, Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından olan İtaliya ilə münasibətlərin kökü müstəqilliyimizin ilk illərinə dayanır. İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb, həmin ilin mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulub. Həmin tarixdən etibarən tərəflər arasında siyasi dialoq intensiv xarakter alıb və qarşılıqlı səfərlər vasitəsilə əlaqələr daha da genişlənib. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyinin açılması bu münasibətlərin institusional əsaslarını daha da gücləndirib “Münasibətlərin strateji məcrada inkişafının əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Onun 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün tarixi bir addım oldu. Səfər çərçivəsində imzalanan siyasi, iqtisadi, mədəni və texniki sahələri əhatə edən yeddi mühüm saziş gələcək əməkdaşlığın aydın istiqamətlərini müəyyən etdi. Bu dinamizm sonrakı illərdə dövlət başçıları səviyyəsində davam etdirilib. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana etdiyi dövlət səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralındakı İtaliya səfəri iki ölkə arasındakı əlaqələri yeni zirvəyə daşıyıb. Münasibətlərimizin sarsılmaz təməlini xüsusilə 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair iki mühüm bəyannamə təşkil edir. Bu sənədlərdə təsbit edilmiş strateji məsələlər bu gün real həyatda öz əksini tapmaqdadır. Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biri olan İtaliya ilə əlaqələr hazırda özünün yüksəliş dövrünü yaşayır və bu əməkdaşlıq hər iki tərəf üçün xüsusi geosiyasi əhəmiyyət kəsb edir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və ikitərəfli münasibətlərdə yeni bir səhifə açacaq. Hesab edirəm ki, bu səfər həm də gələcəkdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı tərəqqisinə güclü təkan verəcək, əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək”, - deyə deputat bildirib O qeyd edib ki, Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli çərçivədə məhdudlaşmır, həm də regional və qlobal kontekstdə nümunəvi tərəfdaşlıq modelinə çevrilir. Bu tərəfdaşlığın ən mühüm sütunlarından birini enerji sahəsində əməkdaşlıq təşkil edir. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və qətiyyəti ilə reallaşdırılan iri enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində Azərbaycanın strateji rolunu əhəmiyyətli dərəcədə artırıb. İtaliya bu zəncirin son nöqtəsi və əsas tərəfdaşlarından biri kimi Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasında mühüm mövqe tutur. Cənub Qaz Dəhlizi layihəsi təkcə iqtisadi gəlirlilik baxımından deyil, həm də geosiyasi əhəmiyyəti ilə seçilir. Bu nəhəng infrastruktur layihəsi Azərbaycan və İtaliya arasında strateji əməkdaşlığın dərinləşməsinə misilsiz töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq arenada etibarlı və əvəzedilməz tərəfdaş imicini daha da möhkəmləndirir Azərbaycan-İtaliya əlaqələri dərin mədəni və humanitar köklərə söykənir “Bu gün Bakı və Roma arasındakı yüksəksəviyyəli siyasi dialoq iqtisadiyyatın digər sahələrində də sistemli və davamlı tərəqqinin təminatçısı rolunda çıxış edir. İki ölkə arasındakı iqtisadi tərəfdaşlıq hazırda özünün ən yüksək inkişaf mərhələsindədir. Dövlətimizin başçısı İlham Əliyev öz bəyanatlarında ticarət əlaqələrinin mütəmadi artdığını və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu xüsusi vurğulayıb. Təsadüfi deyil ki, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir. Bu göstərici Bakı və Roma arasındakı iqtisadi münasibətlərin miqyasını, eləcə də hər iki tərəf üçün strateji əhəmiyyətini əyani şəkildə nümayiş etdirir. Hazırda Azərbaycanda İtaliyanın 130-a yaxın şirkəti sənaye, tikinti və xidmət kimi müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Bu əməkdaşlığın ən mühüm istiqamətlərindən biri isə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində İtaliya şirkətlərinin iştirakıdır. Bu, həm iqtisadi tərəfdaşlığın genişlənməsinə, həm də ölkələr arasında qarşılıqlı etimadın və dostluğun gücləndirilməsinə xidmət edir”, - deyə K.Bayramov vurğulayıb O, həmçinin diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı münasibətlər təkcə iqtisadiyyatla məhdudlaşmır, həm də dərin mədəni və humanitar köklərə söykənir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombaları bu əlaqələrin ən ali nümunəsidir. Fondun bəşəriyyət üçün dəyərli olan mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətindəki səyləri bütün dünya tərəfindən yüksək qiymətləndirilir. Təhsil sahəsindəki uğurlar da bu strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir. Bakıda böyük təntənə ilə açılışı baş tutan İtaliya-Azərbaycan Universiteti iki ölkənin gələcək inteqrasiyasının və birgə intellektual potensialının bariz nümunəsinə çevrilib “Bu gün Azərbaycan və İtaliya arasında mövcud olan çoxşaxəli əlaqələr regionda və dünyada sarsılmaz tərəfdaşlığın ən mükəmməl modellərindən birini təşkil edir. Bakı ilə Roma arasında dərinləşən tərəfdaşlıq yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsi ilə məhdudlaşmır, eyni zamanda, regionda enerji təhlükəsizliyi və mədəni inteqrasiyanın güclənməsinə mühüm töhfə verir. İtaliya Nazirlər Şurasının sədrinin səfəri ilə formalaşan yeni əməkdaşlıq platformaları isə Azərbaycanın Avropa məkanındakı mövqeyini daha da möhkəmləndirərək onu etibarlı və strateji tərəfdaş kimi ön plana çıxarır”, - deyə deputat qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
