Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

İyunun 11-də "Bakı Fond Birjası" QSC-də (BFB) "BQ" ASC-nin 200 500 manatlıq sənədsiz, adlı, adi səhmlərin yerləşdirilməsi üzrə hərrac keçiriləcək 525.az bu barədə BFB-yə istinadən xəbər verir Məlumata görə, hər birinin nominal dəyəri 2 005 manat olan 100 ədəd adi, adlı, sənədsiz səhmə abunə yazılı

0 baxış525.az
Azərbaycan şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb
Paylaş:

İyunun 11-də "Bakı Fond Birjası" QSC-də (BFB) "BQ" ASC-nin 200 500 manatlıq sənədsiz, adlı, adi səhmlərin yerləşdirilməsi üzrə hərrac keçiriləcək 525.az bu barədə BFB-yə istinadən xəbər verir Məlumata görə, hər birinin nominal dəyəri 2 005 manat olan 100 ədəd adi, adlı, sənədsiz səhmə abunə yazılışı 5-9 iyun tarixlərində həyata keçiriləcək. Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 51 dəfə artıraraq 4 010 manatdan 204 510 manata çatacaq Xatırladaq ki, "BQ" 2016-cı ilə yaradılıb, səhmdarı 100 % Fərman Quliyevdir. O, həm də atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır

Kaynak: 525.az

Diğer Haberler