Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib Bildirilib ki, görüşdə ölkələrimiz arasında qida məhsulların

0 baxışazertag.az
Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir
Paylaş:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib Bildirilib ki, görüşdə ölkələrimiz arasında qida məhsullarının idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, İsrailin idxal tələblərinin öyrənilməsi, eləcə də iki ölkənin qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyinin qarşılıqlı tanınması məsələləri müzakirə olunub. Bundan başqa, heyvanmənşəli məhsulların İsrailə ixrac perspektivləri və bu istiqamətdə mövcud imkanlar barədə ətraflı fikir mübadiləsi aparılıb Sonda bu istiqamətdə keçirilən görüşlərin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb, tərəflər gələcəkdə tərəfdaşlığın davam etdirilməsi istiqamətində maraqlı olduqlarını bildiriblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler