Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini Əminə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Bu barədə "Report"a Azərabaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib Görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti

0 baxışreport.az
Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Paylaş:

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini Əminə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Bu barədə "Report"a Azərabaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib Görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər çoxtərəfli əməkdaşlıq, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, iqlim fəaliyyəti, eləcə də postmünaqişə dövründə bərpa və yenidənqurma istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar C. Bayramov Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələri qeyd edib, ölkəmizin regional əməkdaşlıq və bağlantı layihələrinin təşviqində oynadığı rolu vurğulayıb Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib Tərəflər həmçinin Azərbaycanın enerji təhlükəsizliyi və regional bağlantılar sahəsində aparıcı rolu, Mərkəzi Asiya ilə strateji əlaqələri barədə müzakirə aparıblar Ə. Məhəmməd Azərbaycan ilə BMT arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi və humanitar məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler