Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb
Sərbəst güləş üzrə U-20 millisinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) idmançısı Nicat Həsənov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Journeymen World Classic” beynəlxalq turnirində bürünc medal qazanıb AİJA-dan AZƏRTAC-a bildirilib ki, 63.5 kiloqram çəki

Sərbəst güləş üzrə U-20 millisinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) idmançısı Nicat Həsənov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Journeymen World Classic” beynəlxalq turnirində bürünc medal qazanıb AİJA-dan AZƏRTAC-a bildirilib ki, 63.5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı iki amerikalı rəqibinə qalib gəldikdən sonra yarımfinalda Kanada idmançısına məğlub olaraq 3-cü yer uğrunda mübarizəni davam etdirib. O, bürünc medal görüşündə Gürcüstan təmsilçisinə qalib gələrək fəxri kürsüdə yer alıb Qeyd edək ki, ABŞ və Azərbaycan arasında güləş əlaqələrinin inkişafına verdiyi töhfəyə görə turnirin təşkilatçısı Frank Popolizio Azərbaycan Güləş Federasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilib. Turnirin təşkilatı işlərinə cavabdeh Marilena Popolizioya üzərində Azərbaycan mədəniyyətini və incəsənətini özündə əks etdirən hədiyyələr təqdim olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


