Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Aygerim Abikenova Astana Tibb Universitetinin tələbəsi və “Xəzər” Azərbaycanlıların Etnomədəni Birliyinin fəal üzvlərindən biridir. O, Azərbaycan dilini müstəqil şəkildə öyrənib və ölkəmizin mədəni irsi ilə böyük maraqla tanış olur AZƏRTAC-a müsahibəsində o, Azərbaycanla tanışlığının necə başladığı

0 baxışazertag.az
Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ
Paylaş:

Aygerim Abikenova Astana Tibb Universitetinin tələbəsi və “Xəzər” Azərbaycanlıların Etnomədəni Birliyinin fəal üzvlərindən biridir. O, Azərbaycan dilini müstəqil şəkildə öyrənib və ölkəmizin mədəni irsi ilə böyük maraqla tanış olur AZƏRTAC-a müsahibəsində o, Azərbaycanla tanışlığının necə başladığından, xalqımızın mədəniyyətində onu nələrin cəlb etdiyindən və Azərbaycan icmasının fəaliyyətində iştirakın onun üçün niyə vacib olmasından danışıb – Azərbaycan mədəniyyətinə marağınız haradan yarandı və buna ilk təkan nə oldu? – Azərbaycan mədəniyyətinə marağım türk dilini bilməyim sayəsində yaranıb. Bu dili öyrənərkən türk və Azərbaycan dillərinin səslənmə, leksika və qrammatika baxımından bir-birinə çox yaxın olduğunu gördüm. Bu isə məndə Azərbaycana və onun xalqına böyük maraq oyatdı Zaman keçdikcə Azərbaycan xalqının həyatı, dəyərləri, bayramları və mədəni xüsusiyyətləri haqqında daha çox məlumat əldə etdim. Ölkənin qonaqpərvərliyi və zəngin tarixi məni heyran etdi. Azərbaycanı məhz belə kəşf etdim – Nə üçün məhz Azərbaycan dilini öyrənmək qərarına gəldiniz? – Niyə məhz Azərbaycan dilinin diqqətimi cəlb etdiyi barədə xüsusi düşünməmişəm. Hər şey çox təbii şəkildə baş verdi. Sosial şəbəkələrdə Azərbaycan musiqisinə və mahnılarına qulaq asmağa başladım və mahnıların sözlərini, mənasını anlamaq mənə maraqlı gəldi Tədricən musiqiyə olan maraq dilin özünə, daha sonra isə Azərbaycan mədəniyyətinə marağa çevrildi. Həqiqətən sevdiyim işlə məşğul olmaq qərarına gəldim. Buna görə də dili müstəqil şəkildə öyrənməyə, Azərbaycan xalqının tarixi, ənənələri və adətləri haqqında daha çox məlumat əldə etməyə başladım Bu prosesdə musiqi böyük rol oynayıb. Güclü səs imkanlarım olmasa da, bu mənə zövq verdiyi üçün sevdiyim ifaçıların mahnılarını özüm üçün oxuyurdum. Musiqi sayəsində yeni sözləri yadda saxlayır, dilin xüsusiyyətləri ilə tanış olur və getdikcə Azərbaycan mədəniyyətini daha dərindən öyrənirdim Zaman keçdikcə dili öyrənmək sadəcə bir maraq olmaqdan çıxaraq həyatımın mühüm hissəsinə çevrildi. Bu, mənə yeni insanlarla tanış olmağa və dünyaya fərqli baxmağa kömək etdi – Azərbaycan dilini öyrənərkən sizin üçün ən maraqlı və ən çətin nə olub? – Mənim üçün ən maraqlısı odur ki, Azərbaycan dilini öyrəndikcə mahnıları daha yaxşı anlayır, şeirləri və bədii əsərləri orijinalda oxuya bilirəm. Dili bilməyim sayəsində ölkənin həyatı, milli dəyərləri və insanların düşüncə tərzi ilə daha yaxından tanış olmaq imkanı əldə etmişəm Ən çətin məqam isə bəzən dil daşıyıcıları ilə ünsiyyət imkanlarının məhdud olmasıdır. Azərbaycan dilində müntəzəm ünsiyyət qurmaq imkanı həmişə olmur. Buna görə də müstəqil şəkildə öyrənməyə daha çox vaxt ayırmalı oluram. Dil biliklərimi qoruyub saxlamaq və təkmilləşdirmək üçün kitablar və məqalələr oxuyur, musiqi dinləyir, videolara baxır və müxtəlif materiallar axtarıram – Siz Astanada fəaliyyət göstərən “Xəzər” Azərbaycanlıların Etnomədəni Birliyinin işində fəal iştirak edirsiniz. Bu iştirak sizin üçün nə deməkdir? – Mənim üçün “Xəzər” Azərbaycanlıların Etnomədəni Birliyinin fəaliyyətində iştirak böyük əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, xalqlar arasında dostluğun və mədəni mübadilənin təşviqi üçün bir imkandır. Hesab edirəm ki, qarşılıqlı hörmət və əməkdaşlıq insanların bir-birini daha yaxşı başa düşməsinə kömək edir Təşkilatın tədbirlərində iştirak etməyim sayəsində yeni insanlarla tanış olur, dünyagörüşümü genişləndirir və Azərbaycan mədəniyyətini daha yaxından tanıyıram. Bundan əlavə, ictimai fəaliyyət mənə inkişaf etməyə, yeni təcrübə qazanmağa, ünsiyyət və təşkilatçılıq bacarıqlarımı təkmilləşdirməyə kömək edir Bu, mənim üçün yalnız cəmiyyətə fayda vermək imkanı deyil, həm də Qazaxıstan və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə töhfə vermək vasitəsidir – Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin və ünsiyyət tərzinin hansı xüsusiyyətləri sizə daha yaxındır? – Qonaqpərvərlik, böyüklərə hörmət və ailə ənənələrinə qayğı ilə yanaşmaq. Bu dəyərlər qazax xalqına da yaxındır. Buna görə də onların Azərbaycan mədəniyyətində necə təzahür etdiyini görmək mənim üçün xüsusilə maraqlı olub Azərbaycan ailələrində də qazax ailələrində olduğu kimi, mədəni dəyərlərin, adətlərin və öz köklərinə hörmətin nəsildən-nəslə ötürülməsi məni heyran edir Azərbaycan cəmiyyətinə xas olan səmimiyyəti, xoş münasibəti və ünsiyyətdə açıqlığı da yüksək qiymətləndirirəm. Azərbaycan icmasının nümayəndələri ilə ünsiyyət qurarkən dostluğun, qarşılıqlı yardımın və ətrafdakılara hörmətin onlar üçün nə qədər vacib olduğunu daha yaxşı anladım Azərbaycan dilində vətənpərvərlik mövzusunda mahnılar mənim üçün xüsusi yer tutur. Həmin mahnılarda Azərbaycan xalqının öz Vətəninə sevgisi, tarixinə və milli dəyərlərinə hörməti aydın hiss olunur – Sizcə, belə şəxsi hekayələr qazax və Azərbaycan xalqlarının bir-birinə yaxınlaşmasına necə kömək edir? – Belə hekayələr qazax və Azərbaycan xalqlarının yaxınlaşmasında mühüm rol oynayır. İnsanlar bu cür şəxsi təcrübələrini bölüşəndə stereotiplərin aradan qalxmasına və daha dərin qarşılıqlı anlaşmanın formalaşmasına töhfə verirlər Mənim hekayəm göstərir ki, başqa bir xalqın mədəniyyətinə maraq təbii şəkildə yarana və zaman keçdikcə səmimi hörmətə və dostluğa çevrilə bilər. Belə nümunələr insanları qonşu ölkələrin mədəniyyətinə maraq göstərməyə, yeni dostlar qazanmağa və dövlətlər arasında humanitar əlaqələri möhkəmləndirməyə ruhlandırır Məhz şəxsi ünsiyyət, mədəni mübadilə və qarşılıqlı hörmət sayəsində qazax və Azərbaycan xalqları arasında möhkəm dostluq körpüləri qurulur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler