Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan ədəbiyyatında Natiq Rəsulzadənin yaradıcılığı xüsusi yer tutur

Azərbaycan Milli İncəsənət Muzeyində Xalq yazıçısı, tanınmış kinodramaturq, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadənin şərəfinə tədbir keçirilib AZƏRTAC xəbər verir ki, tədbirin açılışında N.Rəsulzadənin uzun illər Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq üslubu ilə seçildiyi, həm nəsrdə

0 baxışazertag.az
Azərbaycan ədəbiyyatında Natiq Rəsulzadənin yaradıcılığı xüsusi yer tutur
Paylaş:

Azərbaycan Milli İncəsənət Muzeyində Xalq yazıçısı, tanınmış kinodramaturq, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadənin şərəfinə tədbir keçirilib AZƏRTAC xəbər verir ki, tədbirin açılışında N.Rəsulzadənin uzun illər Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq üslubu ilə seçildiyi, həm nəsrdə, həm də kinodramaturgiyada yaddaqalan əsərlər yaratdığı qeyd edilib. Yazıçının zəngin yaradıcılığı təkcə ədəbi mühitdə deyil, həm də oxucuların qəlbində xüsusi yer tutur və böyük maraq doğurmaqda davam edir Onun həyatı və yaradıcılıq yolu haqqında videoçarxlar nümayiş etdirilib. N.Rəsulzadəyə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın “Fəxri oxucusu” diplomu təqdim edilib Bundan sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri və Xalq artisti Polad Bülbüloğlu çıxış edib. O, N.Rəsulzadənin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu, əsərlərinin isə dərin məna və səmimiyyətlə seçildiyini, bir neçə nəsil oxucuda əks-səda doğurduğunu qeyd edib Publisist, tərcüməçi, ədəbiyyatşünas və Xalq yazıçısı Elmira Axundova çıxışında N.Rəsulzadənin əsərlərinin səmimiyyəti, canlılığı və güclü bədii dili ilə seçildiyini bildirib Rusiyanın Azərbaycandakı səfirliyinin attaşesi Mariya Zolotaryova qeyd edib ki, N.Rəsulzadənin yaradıcılığı iki ölkə arasında mədəni körpü yaradır. İncəsənət və ədəbiyyat Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdə xüsusi yer tutur, humanitar əlaqələrin, qarşılıqlı anlaşmanın və xalqlar arasında mədəni dialoqun möhkəmlənməsinə töhfə verir Belarusun Azərbaycandakı səfirliyinin əməkdaşı İvan Xlebakozov qeyd edib ki, N.Rəsulzadənin yaradıcılıq üslubu Belarus oxucularına yaxın və anlaşılandır Gecədə tədbirin qonaqları ilə ünsiyyətə xüsusi diqqət yetirilib. Xalq yazıçısı yaradıcılıq yolu ilə bağlı xatirələrini bölüşüb, ona ünvanlanan sualları cavablandırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler