Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar
Azərbaycan cüdoçuları Gürcüstanın Qori şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunu 9 medalla başa vurublar "Report" xəbər verir ki, son yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb Əjdər Bağırov 100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu çəki

Azərbaycan cüdoçuları Gürcüstanın Qori şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunu 9 medalla başa vurublar "Report" xəbər verir ki, son yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb Əjdər Bağırov 100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu çəki dərəcəsində Elmar Qasımov bürünc mükafata sahib çıxıb. Xəyyam Əliyev (90 kq) və Diana Tçkayeva (48 kq) da turniri bürünc medalla başa vurublar Xatırladaq ki, ilk yarış günündə İslam Rəhimov (66 kq) qızıl, Elşən Əsədov (66 kq) gümüş, Babarəhim Mirzəyev (60 kq), Nizami İmranov (66 kq) və Rüfət Şövlətov (73 kq) isə bürünc medal əldə ediblər Yekunda 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü, kişilər arasında isə ikinci yeri tutub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


