Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) "Kiçik və orta ölçülü şəhərlərdə və kənd ərazilərində dayanıqlı mobillik" üzrə tədqiqat layihəsində fəal iştirak edərək əldə olunan təcrübənin ölkədə tətbiqini planlaşdırır "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər veri

0 baxışreport.az
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
Paylaş:

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) "Kiçik və orta ölçülü şəhərlərdə və kənd ərazilərində dayanıqlı mobillik" üzrə tədqiqat layihəsində fəal iştirak edərək əldə olunan təcrübənin ölkədə tətbiqini planlaşdırır "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir ki, bu barədə RİNN-in və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələrinin iştirakı ilə adıçəkilən tədqiqat layihəsinin onlayn formatda baş tutan ilk iclasında bildirilib İclasda işçi qrupun fəaliyyət istiqamətləri, tədqiqatın əhatə dairəsi, prioritetləri və gözlənilən nəticələr müzakirə olunub. Təxminən bir il müddətində fəaliyyət göstərəcək İşçi qrupun əsas məqsədi kiçik və orta şəhərlərdə, eləcə də kənd yerlərində nəqliyyat xidmətlərini yaxşılaşdırmaq, əhalinin mobillik imkanlarını genişləndirmək və regionlardakı uğurlu təcrübələri öyrənməkdir Layihə çərçivəsində iştirakçı ölkələrin təcrübələrinin müqayisəli təhlili aparılacaq, uğurlu beynəlxalq təcrübələr müəyyən ediləcək və praktiki tövsiyələr hazırlanacaq. Yekun nəticələr BNF-nin gələcək tədqiqat və siyasət sənədlərində nəzərə alınacaq Azərbaycan nümayəndə heyəti müzakirələr zamanı bildirib ki, ölkəmizdə nəqliyyat sahəsində aparılan islahatlar, regionlarda ictimai nəqliyyat inkişafı və dayanıqlı mobillik üzrə qazanılan təcrübə İşçi qrupun fəaliyyətinə töhfə verə bilər Qeyd edək ki, sözügedən tədqiqat layihəsi BNF-yə üzv ölkələr tərəfindən Bakıda təsdiqlənən ci illər üzrə İş Proqramının tərkib hissəsidir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler