Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
Azərbaycan 2026-cı il üçün Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə "Çempion ölkələr" təşəbbüsünün həmsədri qismində sözügedən təşəbbüsə qoşulmuş dövlətlər adından birgə bəyanat təqdim edəcək, milli bəyanatla çıxış edəcək Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib Bildirilib

Azərbaycan 2026-cı il üçün Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə "Çempion ölkələr" təşəbbüsünün həmsədri qismində sözügedən təşəbbüsə qoşulmuş dövlətlər adından birgə bəyanat təqdim edəcək, milli bəyanatla çıxış edəcək Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı baş qərargahında II Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) öz işinə başlayıb. Forumda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir. Heyətin tərkibində Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev başda olmaqla daimi nümayəndəliyin əməkdaşları da yer alıb Forumun ilk günündə Miqrasiya üzrə Qlobal Paktın məqsədlərinə münasibətdə icra vəziyyətinin müzakirəsi üçün əsas platforma olan dörd dəyirmi masadan birinə həmsədrlik BMT Baş assambleyasının Prezidenti tərəfindən Azərbaycana həvalə edilib Dəyirmi masalara ümumilikdə 8 ölkə həmsədrlik edir Azərbaycanın İsveç ilə birgə həmsədrlik etdiyi birinci dəyirmi masa Miqrasiya üzrə Qlobal Paktın miqrasiyaya səbəb olan mənfi amillərin azaldılması, tənzimlənən miqrasiya yollarının əlçatanlığının artırılması, ədalətli işə qəbul, ilkin yoxlanış və istiqamətləndirmə prosedurları və bacarıqların inkişafı və qarşılıqlı tanınması ilə bağlı olan məqsədlərinin icrasına həsr olunub Birinci dəyirmi masada müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan nümayəndələr panel məruzəçi qismində Miqrasiya üzrə Qlobal Paktın məqsədləri barədə fikir mübadiləsi aparıb və iştirakçıların suallarını cavablandırıblar Dəyirmi masaların yekununda Beynəlxalq Miqrasiya Təşkilatının sədrliyi ilə keçiriləcək siyasi dialoq çərçivəsində birinci dəyirmi masanın xülasəsi Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən təqdim olunacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


