Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan Bayrağını yerdən qaldıran türküstanlı məktəbli: Buna laqeyd qala bilməzdim

Qazaxıstan və Azərbaycanın sosial şəbəkələrində Türküstandan olan məktəblinin yerə düşmüş Azərbaycan Bayrağını qaldırdığı video geniş yayılıb. Video mayın 15-də Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü zamanı çəkilib. Məktəblinin bu addımı hər iki ölkədə çox müsbət

0 baxışazertag.az
Azərbaycan Bayrağını yerdən qaldıran türküstanlı məktəbli: Buna laqeyd qala bilməzdim
Paylaş:

Qazaxıstan və Azərbaycanın sosial şəbəkələrində Türküstandan olan məktəblinin yerə düşmüş Azərbaycan Bayrağını qaldırdığı video geniş yayılıb. Video mayın 15-də Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü zamanı çəkilib. Məktəblinin bu addımı hər iki ölkədə çox müsbət qarşılanıb. Videoda 11-ci sinif şagirdi Nursultan Bazarbayulı əks olunub Nursultan Bazarbayulı AZƏRTAC-a müsahibəsində Azərbaycan Bayrağını yolda necə gördüyündən, onu niyə qaldırmaq qərarına gəldiyindən, valideynlərinin və Azərbaycan icmasının nümayəndələrinin reaksiyasından danışıb – Nursultan, necə oldu ki, Azərbaycan bayrağını yolda gördünüz? – Dostlarımla oyundan sonra evə gedərkən bayrağı gördüm. Yəqin ki, güclü külək səbəbindən yerə düşmüşdü. Hesab edirəm ki, dövlət bayrağı bir ölkənin və xalqın şərəfini, ləyaqətini və ona olan hörməti ifadə edən rəmzdir. Buna görə də yanından keçib yerdə qalmasına laqeyd qala bilməzdim. Düşünürəm ki, bu, mənim üçün təbii addım idi. Mən bunu diqqət çəkmək və ya məşhurlaşmaq üçün etmədim. Sadəcə hesab edirəm ki, istənilən dövlətin rəmzlərinə hörmətlə yanaşmaq lazımdır – Valideynləriniz, tanışlarınız, dostlarınız və müəllimləriniz buna necə reaksiya verdilər? – Düzünü desəm, bu videonun belə böyük rezonans doğuracağını gözləmirdim. Video sosial şəbəkələrdə yayılmağa başlayandan sonra bu addımın bu qədər insan tərəfindən müsbət qiymətləndirilməsi mənim üçün çox sevindirici oldu. İnsanların mənə təşəkkür etdiyi və dəstək sözləri yazdığı şərhləri oxumaq xüsusilə xoş idi. Valideynlərim də buna çox müsbət yanaşdılar. Dedilər ki, düzgün hərəkət etdiyim və başqa dövlətin rəmzinə hörmətlə yanaşdığım üçün mənimlə fəxr edirlər. Onlar mənə həmişə diqqət və hörmət tələb edən məsələlərə biganə qalmamağı öyrədiblər – Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün həmin günlərdə Türküstanda keçirildiyini bilirdinizmi? – Bəli, bilirdim ki, həmin günlərdə şəhərimiz Türküstanda ölkələr arasında mühüm məsələlərin müzakirə olunduğu görüş keçirilir. Orada müxtəlif dövlətlərin bayraqları asılmışdı. Düşünürəm ki, elə bayraq da güclü külək səbəbindən yerə düşüb – Bunun Azərbaycan bayrağı olduğunu dərhal anladınızmı? – Bəli, əlbəttə, bunun Azərbaycan bayrağı olduğunu bilirdim. Düşünürəm ki, qardaş ölkələrin bayraqlarını tanımaq şərəfdir. Azərbaycanlılar və qazaxlar qardaş xalqlardır – Video yayılandan sonra Azərbaycan icmasının nümayəndələri sizinlə görüşdülər. Onlar sizi necə tapdılar və görüş necə keçdi? – Məni dostum vasitəsilə tapdılar. Yeri gəlmişkən, bu videonu çəkib paylaşan da dostum olub, amma əvvəlcə bundan xəbərim yox idi. İnsanlar mənə yazmağa və zəng etməyə başlayandan sonra bunu bildim Bir çox televiziya kanalı mənimlə danışmaq və müsahibə götürmək istəyirdi Bundan sonra Qazaxıstanın Türküstan vilayəti üzrə “Qarabağ” Azərbaycan İctimai Birliyinin sədri Ramilə Mustafayeva mənimlə əlaqə saxladı. Daha sonra məktəbdə Azərbaycan icmasının nümayəndələri ilə görüş təşkil olundu. Məktəb rəhbərliyi ilə birlikdə məni təbrik etdilər, mənə və dostlarıma təşəkkürnamə və xatirə hədiyyələri təqdim etdilər – Qazaxıstanda yaşayan azərbaycanlılar haqqında nə deyə bilərsiniz? – Şəhərimizdə və ümumiyyətlə Qazaxıstanda çoxlu azərbaycanlı görmüşəm. Mən onları xeyirxah və pozitiv insanlar kimi tanıyıram. Onlar qardaş ölkələrə və xalqlara həmişə xoş münasibət göstərirlər Belə addımlar münasibətlərimizi daha da möhkəmləndirir, iki ölkənin xalqlarını bir-birinə yaxınlaşdırır və onların gələcəkdə birgə inkişafına töhfə verəcək Mənə göstərdikləri səmimi münasibətə, dəstəyə və təşəkkürə görə Azərbaycan xalqının nümayəndələrinə böyük minnətdarlığımı bildirmək istəyirəm. Düzünü desəm, bu göstərilən diqqət məni təəccübləndirdi 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler