Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 21 May – Beynəlxalq Çay Günü ilə əlaqədar təşkil etdiyi tədbirdə təmsil olunub AZƏRTAC xəbər verir ki, “Çay sənayesini davamlılığını təmin etmək, yerli icmaları dəstəkləmək” şüarı ilə keçirilən builki tədbirdə çayın mədəni irsə və aqro

0 baxışazertag.az
Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib
Paylaş:

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 21 May – Beynəlxalq Çay Günü ilə əlaqədar təşkil etdiyi tədbirdə təmsil olunub AZƏRTAC xəbər verir ki, “Çay sənayesini davamlılığını təmin etmək, yerli icmaları dəstəkləmək” şüarı ilə keçirilən builki tədbirdə çayın mədəni irsə və aqroərzaq sistemlərinin dayanıqlığına verdiyi töhfələr, eyni zamanda, çay yetişdirən icmaların əhəmiyyəti vurğulanıb FAO-nun Baş direktoru Qu Donqyu tədbirdə çıxış edərək bildirib ki, bu gün adi bir gün deyil, həm də həyatı çayla bağlı olan insanların, mədəniyyətlərin, adət-ənənələrin və icmaların günüdür Baş direktor çayın nəsillər boyu ailələri, qonşuları, dostları və xalqları bir araya gətirdiyini, sadəcə bir məhsul deyil, daha böyük dəyər kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, çayçılıq xüsusilə kənd yerlərində yaşayan milyonlarla insan üçün mühüm gəlir mənbəyidir. Qu Donqyu çıxışında digər ölkələrlə yanaşı, Azərbaycanda da bu sektorun inkişaf etdiyini və artıq illərdir ki, ölkəmizin FAO-dakı bu təşəbbüsdə aktiv iştirak etdiyini bildirib Sərgidə təqdim olunan Azərbaycan çayları, balları, mürəbbələri, milli şirniyyatları və quru meyvələri iştirakçıların böyük marağına səbəb olub. FAO-nun Baş direktoru Azərbaycan stendi ilə tanış olub, milli təamlardan dadıb Xatırladaq ki, 2019-cu ildə BMT Baş Assambleyasında mayın 21-nin Beynəlxalq Çay Günü elan olunması barədə qətnamə qəbul edilib və FAO-da silsiləvi təbdirlər 2020-ci ildən keçirilir. Builki Beynəlxalq Çay Gününün qeyd edilməsi tədbirində Azərbaycanla yanaşı, Türkiyə, Çin, Kanada, Rusiya, Şri-Lanka, İndoneziya, Keniya milli stendlərlə iştirak edib, Çinin Haynan əyalətindən olan Vucişan Yağış Meşəsi Uşaq Xoru musiqi nömrələri ifa edib, İndoneziyanın ənənəvi Angklung musiqisi təqdim olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler