Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan avtomobil bazarında qiymət artımının tempi zəifləyib

Azərbaycan avtomobil bazarında qiymət artımının tempi zəifləyib və bazar sabitləşmə mərhələsinə daxil olub 525.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) may ayı üçün avtomobil bazarı üçün açıqladığı hesabatında bildirilib Hesabatda qeyd olunur ki, avtomobil qiymə

0 baxış525.az
Azərbaycan avtomobil bazarında qiymət artımının tempi zəifləyib
Paylaş:

Azərbaycan avtomobil bazarında qiymət artımının tempi zəifləyib və bazar sabitləşmə mərhələsinə daxil olub 525.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) may ayı üçün avtomobil bazarı üçün açıqladığı hesabatında bildirilib Hesabatda qeyd olunur ki, avtomobil qiymətləri may ayında 104,1 bənd təşkil edib. Bu göstərici 2025-ci ilin dekabr ayı ilə müqayisədə qiymətlərin 4,1 % artdığını göstərsə də, aylıq müqayisədə bazarda 1,6 %-lik korreksiya qeydə alınıb Təhlillər göstərir ki, bu dəyişiklik avtomobillərin ucuzlaşması ilə deyil, əsasən aşağı qiymətli avtomobillərin bazardakı payının artması ilə bağlıdır. Ən çox satılan modellər üzrə qiymətlərdə isə cəmi 0,73 % azalma müşahidə olunub Mayda orta bazar qiyməti 30 min 470 manat səviyyəsində qalaraq əvvəlki ayla müqayisədə demək olar ki, dəyişməyib. Median qiymət isə 18 min manata enib ki, bu da bazarın tədricən tarazlaşdığını göstərir Hesabat dövründə ikinci əl avtomobillərin bazar payı 73 %-ə yüksəlib, yeni avtomobillərin payı isə 27 %-ə enib. Bu tendensiya istehlakçıların daha əlçatan nəqliyyat vasitələrinə üstünlük verdiyini göstərir. Sedanlar 45,9 %-lik payla lider mövqedə qalsa da, SUV və krossover seqmenti 25,6 % payla ən dinamik kateqoriya kimi seçilir AQP-nin məlumatına görə, bazarda ən çox təmsil olunan avtomobillərin orta yaşı 21,1 il, orta yürüşü isə 257,9 min kilometr təşkil edir. Yaş və yüksək istismar nəticəsində avtomobillərin bazar dəyərində orta hesabla 28,1 %-lik diskont formalaşır. Ən yüksək diskont göstəricisi Ford Transit modelində qeydə alınıb Eyni zamanda, bazarda texnoloji transformasiya davam edir. May ayında hibrid və elektrik avtomobillərinin bazar payı 10,3 %-ə yüksəlib, dizel avtomobillərinin payı isə 15,2 %-ə enib. Bu dəyişiklik istehlakçıların enerji səmərəli və müasir texnologiyalara üstünlük verməsinin göstəricisi hesab olunur May ayında avtomobil satışlarının həcmi 1,5 % azalsa da, bu azalma mövsümi xarakter daşıyır və bazarın ümumi likvidliyinə ciddi təsir göstərmir. Ümumilikdə, mayda Azərbaycan avtomobil bazarında sabitləşmə və struktur transformasiyası müşahidə olunub

Kaynak: 525.az

Diğer Haberler