Azərbaycan Alanya Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Alanya Ticarət və Sənaye Palatası arasında ticarət və investisiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub 525.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir müavini Anar Axundov Türkiyənin Alanya Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Er

Azərbaycan və Alanya Ticarət və Sənaye Palatası arasında ticarət və investisiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub 525.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir müavini Anar Axundov Türkiyənin Alanya Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Eray Erdemin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb Görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, qarşılıqlı ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi üçün mövcud potensial vurğulanıb. Tərəflər işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsinin, birgə layihələrin təşviqinin və investisiya imkanlarının dəyərləndirilməsinin hər iki ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini qeyd ediblər Görüşdə Alanya Ticarət və Sənaye Palatası ilə sənaye, turizm, kənd təsərrüfatı və xidmət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib

