“Azərbaycan Aİ üçün vacib və etibarlı enerji tərəfdaşına çevrilib” - Səfir
Bakıda “Avropa Günü” münasibətilə rəsmi qəbul təşkil edilib 525.az xəbər verir ki, tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç deyib ki, Avropanı müdafiə etmək həm də sərhədlərimizdən kənarda sülhü, sabitliyi və beynəlxalq hüququ dəstəkləmək deməkdir. Məhz buna görə də Aİ Cə

Bakıda “Avropa Günü” münasibətilə rəsmi qəbul təşkil edilib 525.az xəbər verir ki, tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç deyib ki, Avropanı müdafiə etmək həm də sərhədlərimizdən kənarda sülhü, sabitliyi və beynəlxalq hüququ dəstəkləmək deməkdir. Məhz buna görə də Aİ Cənubi Qafqazın sabitliyini və rifahını təhlükəsizliyimiz üçün vacib hesab edir. Hər iki tərəfin gələcəyi bir-biri ilə bağlıdır “Biz Azərbaycan və Ermənistan arasındakı sülh prosesini, o cümlədən Aİ-nin artıq ən böyük donor olduğu nəqliyyat infrastrukturunun inkişafı və minaların təmizlənməsi təşəbbüsləri vasitəsilə dəstəkləməyə davam edəcəyik", - səfir bildirib Kuyundziç əlavə edib ki, İrandan Azərbaycana edilən son pilotsuz təyyarə hücumlarından sonra Aİ Azərbaycana qeyd-şərtsiz dəstəyini bildirib. Bundan qısa müddət sonra Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Bakıya səfər edərək Azərbaycan və onun xalqı ilə tam həmrəyliyini ifadə edib "Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas da hadisədən dərhal sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı Azərbaycanla həmrəyliyini ifadə etdi", - o bildirib Mariyana Kuyundziç deyib ki, gələn həftə Bakıda 7-ci Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu keçiriləcək. Həmçinin Aİ nümayəndələri Bakıda keçiriləcək Dünya Şəhər Forumunda iştirak edəcəklər Kuyundziç qeyd edib ki, bu il xüsusilə vacibdir, çünki Aİ Azərbaycanla tərəfdaşlığının 30 illiyini qeyd edir: "Otuz il əvvəl biz etimad, sabitlik və ortaq perspektivlər münasibətinə çevrilən tərəfdaşlığa başladıq. İllər ərzində Azərbaycan Aİ üçün vacib və etibarlı enerji tərəfdaşına çevrilib və biz Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olmaqdan qürur duyuruq. Ən əsası, bu il Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş və tərəfdaşlıq prioritetləri ilə bağlı danışıqlara başladıq. Bu danışıqlar təmiz enerji, ticarət, iqtisadi şaxələndirmə və bir çox digər sahələrdə əməkdaşlığımız üçün müasir və iddialı bir çərçivə təmin edəcək. Əlaqələrimizin intensivləşdirilməsi xalqlarımız üçün firavan bir gələcək qurmaq öhdəliyimizi nümayiş etdirir" Səfir vurğulayıb ki, bu ilki ənənəvi Avropa Şəhərciyi tədbiri iyun ayında Gəncə şəhərində baş tutacaq: “Sizin hər birinizi bu tədbirə dəvət etmək istərdim və ümid edirəm ki, bir neçə həftə sonra sizin hamınızla orada görüşəcəyik” Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib ki, Avropa İttifaqı ölkəmizin əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir: "Bu gün Azərbaycanla Avropa İttifaqı arasındakı tərəfdaşlıq strateji xarakter daşıyır. Avropa İttifaqı Azərbaycanın əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir. Aİ bizim ən böyük ticarət tərəfdaşımızdır və əməkdaşlığımız artıq ənənəvi sahələrlə məhdudlaşmır. Hər iki tərəf mövcud əməkdaşlıq gündəliyini daha da genişləndirmək üçün əhəmiyyətli səylər göstərir. Azərbaycanın 10 Aİ üzv dövləti ilə strateji tərəfdaşlıq müqavilələri var. Biz, həmçinin bir çox digər üzv dövlətlərlə sıx və qarşılıqlı faydalı münasibətlər saxlayırıq. Bu, Avropa ilə münasibətlərimizin praktik və qarşılıqlı etimada əsaslandığını göstərir. 2028-ci ildə 12-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısının Azərbaycanda keçirilməsi qərarı möhkəm təməl üzərində qurulmuş bu tərəfdaşlıqların daha da inkişafı üçün əlavə imkanlar açacaq" Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan qazının Avropaya tədarükü təxminən 13 milyard kubmetrə çatacaq: "Avropa İttifaqı Azərbaycanı enerji təhlükəsizliyi və nəqliyyat əlaqəsi də daxil olmaqla bir çox sahədə mühüm tərəfdaş kimi görür. Avstriya və Almaniyaya tədarükün son zamanlar genişlənməsi ilə Azərbaycan bir daha Avropanın enerji şaxələndirilməsinin gücləndirilməsində etibarlı tərəfdaş olduğunu nümayiş etdirib" Nazir müavini deyib ki, əməkdaşlığımız yalnız təbii qazın ixracı ilə məhdudlaşmır. Perspektivdə bərpa olunan energetika və "yaşıl" bağlantılar sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Xəzər regionundan Qara dəniz vasitəsilə Avropaya enerji dəhlizləri layihələri üzərində iş yeni və perspektivli imkanlar açır


