Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan-Aİ münasibətləri hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir ŞƏRH

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri mühüm siyasi hadisədir. Bu səfər Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycana verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Eyni

0 baxışazertag.az
Azərbaycan-Aİ münasibətləri hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir ŞƏRH
Paylaş:

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri mühüm siyasi hadisədir. Bu səfər Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycana verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli yanaşması fonunda bu addım Avropa İttifaqının daha tarazlı mövqe tutmağa və balans yaratmağa çalışdığını göstərir Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib O bildirib ki, bu səfər, həmçinin Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Ölkəmizin sabit və proqnozlaşdırılabilən tərəfdaş kimi çıxış etməsi Azərbaycan-Avropa İttifaqı münasibətlərinin dinamik inkişafını şərtləndirən əsas amillərdəndir Avropa strukturları daxilində bəzi qrupların münasibətlərə xələl gətirməyə çalışmasına baxmayaraq, rəsmi Brüssel Azərbaycanla münasibətlərə daha obyektiv və real prizmadan yanaşır. Bu yanaşma Azərbaycanın Cənubi Qafqazda artan rolunun və beynəlxalq nüfuzunun qəbul edildiyini göstərir "Ermənistanda keçirilən "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısından sonra Kaya Kallasın Bakıya səfəri münasibətlərin yüksək səviyyədə davam etdiyini bir daha təsdiqləyir və ümumilikdə balanslaşdırıcı addım kimi qiymətləndirilə bilər. Bu, Kaya Kallasın Azərbaycana ilk səfəri deyil. O, bundan əvvəl də ölkəmizdə səfərdə olub və müxtəlif platformalarda rəsmi görüşlər keçirib. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər əsasən siyasi dialoq və iqtisadi əməkdaşlıq üzərində qurulub. Hazırda tərəflər arasında üç əsas əməkdaşlıq istiqaməti mövcuddur: enerji, nəqliyyat və təhlükəsizlik sahələri üzrə dialoq mexanizmləri Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Yaxın Şərqdə mövcud qeyri-sabitlik və enerji marşrutlarının təhlükəsizliyinin əvvəlki səviyyədə olmaması Azərbaycanın əhəmiyyətini daha da artırır və onu Avropa üçün vacib tərəfdaşa çevirir. Enerji ilə yanaşı, nəqliyyat və regional bağlantılar baxımından da Azərbaycan strateji mövqeyə malikdir. Orta Dəhliz, Xəzər və Qara dəniz hövzələrini birləşdirən layihələr, eləcə də regionda kommunikasiyaların açılması Avropa tərəfindən müsbət qiymətləndirilir", - deyə N.Həsənov vurğulayıb Deputat əlavə edib ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri qarşılıqlı faydaya əsaslanır və dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlıq hər iki tərəf üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler