Azərbaycan 19 dövlət adından təhlükə ilə bağlı çağırış etdi
Azərbaycan Əlillərin Hüquqları haqqında Konvensiyanın Tərəf Dövlətlərinin XIX Konfransının ümumi müzakirələri çərçivəsində 19 dövlətdən ibarət regionlararası qrupun adından bəyanat səsləndirib Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi "X" sosial şəbəkəsində p

Azərbaycan Əlillərin Hüquqları haqqında Konvensiyanın Tərəf Dövlətlərinin XIX Konfransının ümumi müzakirələri çərçivəsində 19 dövlətdən ibarət regionlararası qrupun adından bəyanat səsləndirib Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi "X" sosial şəbəkəsində paylaşım edib Qrupa Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina, Kamboca, Qırğızıstan, Laos Xalq Demokratik Respublikası, Malayziya, Meksika, Oman, Pakistan, Panama, San-Marino, Səudiyyə Ərəbistanı, Tailand, Şərqi Timor və Azərbaycan daxildir Birgə bəyanatda qeyd olunub ki, dünya əhalisinin təxminən 15 faizi əlilliyi olan şəxslərdən ibarətdir. Sənəddə vurğulanıb ki, Əlillərin Hüquqları haqqında Konvensiyanın müddəaları bütün hallarda, o cümlədən mina, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların təsirinə məruz qalan münaqişə və postmünaqişə şəraitində yaşayan əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsini təmin etməlidir Bəyanata qoşulan dövlətlər münaqişə və postmünaqişə dövrlərində əlilliyin qarşısının alınması istiqamətində beynəlxalq dəstəyin artırılmasına çağırıblar. Xüsusilə, milli minatəmizləmə potensialının yaradılması, inkişaf etdirilməsi və səmərəli fəaliyyət göstərməsinin vacibliyi diqqətə çatdırılıb Bununla yanaşı, dövlətlər əlilliyi olan şəxslər üçün təxirəsalınmaz və uzunmüddətli tibbi xidmətlərin, fiziki reabilitasiya və protezləşdirmə imkanlarının genişləndirilməsi, həmçinin təhsil və iqtisadi reinteqrasiya sahələrində milli imkanların gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar Azərbaycanla bu ölkə arasında ilk konsulluq məsləhətləşmələri keçirildi Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək - Fərman Heydər Məscidi İdarəsi yaradılacaq - Eldar Əzizovun tabeliyində Bu institut ləğv edilir - Qərar Aleksandr Vuçiç Zakir Həsənovu qəbul etdi - Foto Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı? Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər Gəncədə kütləvi dava - Xəsarət alanlar var Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi "Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı Bu institut ləğv edilir - Qərar

