Tenqri
Ana Səhifə
Dünya

Azər Bağırov: "Sabah"la matçda bir az da bəxtimiz gətirdi"

Misli Premyer Liqasının XXXI turunda "Sabah"la qarşılaşan "Kəpəz"in bəxti gətirib "Report" xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov sözügedən matçdan sonra mətbuat konfransında deyib "Çempionluğunu rəsmiləşdirən "Sabah"ı təbrik edirəm. İnşallah, Azərbaycanı avrokuoklarda

0 baxışreport.az
Azər Bağırov: "Sabah"la matçda bir az da bəxtimiz gətirdi"
Paylaş:

Misli Premyer Liqasının XXXI turunda "Sabah"la qarşılaşan "Kəpəz"in bəxti gətirib "Report" xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov sözügedən matçdan sonra mətbuat konfransında deyib "Çempionluğunu rəsmiləşdirən "Sabah"ı təbrik edirəm. İnşallah, Azərbaycanı avrokuoklarda layiqincə təmsil edəcəklər. 22 oyun uduzmayan "Sabah"a qarşı mübarizə aparırdıq. Bir çox matçda da artıq qarşılaşmanın taleyini ilk hissədə həll edirdilər. Qapıçımız Yusif İmanova təşəkkür edirəm. O, bu gün ən yaxşı görüşlərindən birini keçirdi. Bugünkü matçda bir az da bəxtimiz gətirdi. Fikirləşirdik ki, "Sabah" dəyişikliklər edəcək. Çünki yaxın zamanda Azərbaycan Kubokunun final oyununa çıxacaqlar. Sevinirik ki, meydanda qurduğumuz plan öz bəhrəsini verdi. Azarkeşlərimizi təbrik edirəm" Qeyd edək ki, "Sabah" - "Kəpəz" görüşü qərb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler