Tenqri
Ana Səhifə
Dünya

Azov faciəsinin şahidi olan kapitandan şok təfərrüat - Video

Heyət üzvlərinin əksəriyyəti Azərbaycan vətəndaşlarından ibarət olan "Vasili Tatişev" gəmisinin kapitanı Əmir Rzayev Azov dənizindəki son hücumlar və dənizçilərin üzləşdiyi təhlükəli vəziyyət barədə ətraflı məlumat verib Publika.az İTV-yə istinadən xəbər verir ki, kapitanın sözlərinə görə, vurulan

0 baxışpublika.az
Azov faciəsinin şahidi olan kapitandan şok təfərrüat - Video
Paylaş:

Heyət üzvlərinin əksəriyyəti Azərbaycan vətəndaşlarından ibarət olan "Vasili Tatişev" gəmisinin kapitanı Əmir Rzayev Azov dənizindəki son hücumlar və dənizçilərin üzləşdiyi təhlükəli vəziyyət barədə ətraflı məlumat verib Publika.az İTV-yə istinadən xəbər verir ki, kapitanın sözlərinə görə, vurulan "Natra" və "Zirkon" gəmiləri Berdyansk və ya Mariupol limanlarına yox, Rostov limanına buğda daşımaq üçün hərəkət edirmiş: "Bu gəmilər ümumiyyətlə qeyd olunan limanlara girməyiblər, çünki həmin yerlər həm tanınmamış ərazilərdir, həm də yararsız vəziyyətdədir. Sadəcə, dəniz yolu həmin ərazilərin yaxınlığından keçərək Taqanroq körfəzinə daxil olur. Gecə saat bir radələrində dron hücumları məhz o ərazidə baş verib" Ə.Rzayevin sözlərinə görə, dron zərbələri birbaşa gəmilərin yaşayış bölmələrinə - kapitan və baş mexanik otaqlarına endirilib: "İlk zərbə kapitanın, ikinci zərbə isə baş mexanikin otağına vurulub. Heyət arasında qorxu yaşayanlar dənizə atılıblar. Çox təəssüf ki, həlak olanlar arasında kapitan və baş mexanik də var. Onların arasında mənim qrup yoldaşım da olub" Kapitan vurğulayıb ki, son dövrlər bölgədə təhlükəsizlik riskləri artsa da, dron hücumları adətən hərbi obyektlərə və ya Rusiya bayrağı altında üzən tankerlərə olurdu: "Quru yük gəmilərinə, xüsusən də başqa bayraq altında üzən ticarət gəmilərinə hücum edilməsi bizi təəccübləndirdi və dəhşətə gətirdi" O, sosial şəbəkələrdə gəmilərin qadağan olunmuş limanlara girməsi ilə bağlı yayılan yanlış məlumatlara da aydınlıq gətirib və bildirib ki, dənizçilər yalnız beynəlxalq qaydalara uyğun marşrutlarla hərəkət edirlər Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları həyata keçirilib. Nəticədə beş nəfər həlak olub DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video Sadıq Sadıqov vəfat etdi Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı artdı Gəmidə həlak olan azərbaycanlı ailənin tək oğlu imiş - Foto Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: "Vəziyyət son dərəcə təhlükəlidir!" Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək? Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq? Günün ulduz falı: Yeni dostlar qazanacaqsız Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video

Kaynak: publika.az

Diğer Haberler

Azov faciəsinin şahidi olan kapitandan şok təfərrüat - Video | Tenqri