Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb
İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, onların iyunun 9-da günorta radələrində ölkəmizə çatmaları gözlə

İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, onların iyunun 9-da günorta radələrində ölkəmizə çatmaları gözlənilir Bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


