AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elm və innovasiya fəaliyyətinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Universitetdə “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb AZƏRTAC xəbər verir ki, mərkəzin yaradılmasında məqsəd ali t

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elm və innovasiya fəaliyyətinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Universitetdə “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb AZƏRTAC xəbər verir ki, mərkəzin yaradılmasında məqsəd ali təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsi, tətbiqi tədqiqatların genişləndirilməsi, elmtutumlu layihələrin inkişaf etdirilməsi və müasir çağırışlara cavab verən innovativ elmi istiqamətlərin formalaşdırılmasıdır. Yeni yaradılmış mərkəz öz fəaliyyətini “İnşaat materiallarında və su resurslarında radiasiya və kimyəvi risklərin qiymətləndirilməsi və idarə olunması” istiqaməti üzrə həyata keçirəcək. Mərkəzin əsas vəzifələri sırasında risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi, idarə olunması mexanizmlərinin hazırlanması, elmi-tədqiqat və layihə-konstruktor işlərinin aparılması, eləcə də əldə olunan nəticələrin istehsalat və sənaye sektorunda tətbiq imkanlarının araşdırılması yer alır Qeyd edək ki, mərkəzin yaradılması Azərbaycanın dayanıqlı inkişaf prioritetləri, ekoloji təhlükəsizlik, əhalinin sağlamlığının qorunması və təhlükəsiz tikinti mühitinin formalaşdırılması istiqamətində aparılan dövlət siyasəti ilə də səsləşir AzMİU rəhbərliyi tərəfindən son illər universitetdə elmi fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi, elmi məktəblərin gücləndirilməsi və tələbələrin tədqiqat fəaliyyətinə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərin mühüm nəticələrindən biri kimi qiymətləndirilən mərkəzə müxtəlif elm sahələrini təmsil edən yüksək ixtisaslı alim və mütəxəssislər cəlb olunublar Bildirilib ki, mərkəzin fəaliyyətində əsas istiqamətlərdən biri inşaat materiallarında radionuklidlərin və müxtəlif toksik komponentlərin miqdarının, paylanma qanunauyğunluqlarının və insan sağlamlığına təsir səviyyəsinin müəyyənləşdirilməsi olacaq. Bununla yanaşı, su ehtiyatlarında mövcud risk faktorlarının qiymətləndirilməsi, ətraf mühit və insan sağlamlığı üçün potensial təhlükələrin proqnozlaşdırılması və idarə olunması sahəsində də tədqiqatlar aparılacaq. Bu məqsədlə AzMİU bir sıra nüfuzlu elmi-tədqiqat institutları və elmi təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, qarşılıqlı fəaliyyət üzrə memorandumlar imzalayıb. Mərkəzin alimləri universitetin mövcud laboratoriya imkanlarından, müasir tədqiqat avadanlıqlarından və ekspedisiya materiallarından istifadə etməklə artıq ilk elmi araşdırmalara başlayıblar və ilkin nəticələrinə həsr olunmuş geniş müzakirə keçirilib Müzakirələr zamanı mərkəzin qarşıdakı dövrdə həyata keçirəcəyi elmi-tədqiqat layihələri, beynəlxalq əməkdaşlıq imkanları, tətbiqi xarakterli araşdırmaların genişləndirilməsi və gənc tədqiqatçıların bu fəaliyyətə cəlb olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yalnız fundamental elmi araşdırmaların aparılması baxımından deyil, həm də ölkənin tikinti sektoru, ekoloji təhlükəsizlik sistemi, su ehtiyatlarının idarə olunması və əhalinin sağlamlığının qorunması istiqamətində praktiki əhəmiyyət daşıyan nəticələrin əldə olunmasına xidmət edəcək. Yeni mərkəzin fəaliyyəti AzMİU-nun ölkənin aparıcı elm və təhsil müəssisələrindən biri kimi mövqeyinin daha da möhkəmləndirilməsinə, universitet elminin inkişafına və beynəlxalq elmi məkanla inteqrasiyanın genişlənməsinə mühüm töhfə verəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Türkmənistan Kənd Təsərrüfatı İnstitutunun müəllimləri “Fotoqrafiyada elm” və “Elmdə uğur – 2026” beynəlxalq müsabiqələrinin laureatlarıdır

Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir
