Əziz Yıldırımın rəhbərlik siyahısındakı adlar açıqlanıb
"Fənərbaxça"nın prezidentliyə namizədi Əziz Yıldırım qarşıdan gələn seçkiyə güclü idarə heyəti siyahısı ilə hazırlaşarkən, adlar ortaya çıxmağa başlayıb Türkiyə qəzetində yer alan xəbərə görə; Əziz Yıldırım maliyyə və təmsilçilik gücü yüksək olan komanda ilə çempionluq məqsədinə çatmaq istəyir. Si

"Fənərbaxça"nın prezidentliyə namizədi Əziz Yıldırım qarşıdan gələn seçkiyə güclü idarə heyəti siyahısı ilə hazırlaşarkən, adlar ortaya çıxmağa başlayıb Türkiyə qəzetində yer alan xəbərə görə; Əziz Yıldırım maliyyə və təmsilçilik gücü yüksək olan komanda ilə çempionluq məqsədinə çatmaq istəyir. Siyahıda Nihat Özbağ, Mahmut Uslu, Önder Fırat, Barış Göktürk, Mehmet İman, İlhami Yazıcı, Feridun Geçgel, Fatih Öztürk, Batuhan Özdemir, Ozan Balaban, Ömer Onan və Hande Tibuk kimi adların yer alacağı gözlənilir. Rəhbərlikdə Ahmet Özaktaç və Ahmet Özokurun olacağı, Serhat Çeçenin də siyahıya düşə biləcəyi bildirilir İdarə heyətinin siyahıları üçün son tarix olan 22 Mayda prosedurları tamamlayacaq olan Yıldırım komandası ilə mətbuat qarşısına çıxaraq güclü imic verməyi planlaşdırır Seçki ilə bağlı özünə inamı böyük olan Əziz Yıldırım, "Fənərbaxçanın yaxşı komandası var. Əskikləri müəyyən etdik. "Ən az iki, bəlkə üç hücumçu alacağıq" dedi. Qapıçı, sol müdafiəçi, sol cinah və sağ cinah mövqeləri üçün də hədəf adlarını təyin etdiyi öyrənildi. "Biz çempionluğu birlikdə qeyd edəcəyik" dedi


