Əziz Yıldırımdan 3-cü bomba! Super Liqanı sarsıtmağa gəlir
Əziz Yıldırımın yenidən "Fənərbağça"nın prezidenti seçilməsindən sonra transfer işləri sürətlənib. Sarı-göylü komandanın qısa müddətdə Vedat Muriqi və Serhou Guirassy transferlərini rəsmiləşdirməsi gözlənildiyi halda, başqa bir sürpriz ad gündəmə gəlib İddiaya görə, Əziz Yıldırımın transfer siyahı

Əziz Yıldırımın yenidən "Fənərbağça"nın prezidenti seçilməsindən sonra transfer işləri sürətlənib. Sarı-göylü komandanın qısa müddətdə Vedat Muriqi və Serhou Guirassy transferlərini rəsmiləşdirməsi gözlənildiyi halda, başqa bir sürpriz ad gündəmə gəlib İddiaya görə, Əziz Yıldırımın transfer siyahısındakı önəmli adlardan biri də “Bayer Leverkuzen”in ulduzu Alejandro Qrimaldodur. Almaniya komandası ilə müqaviləsinin son ilində olan ispan futbolçunun komandadan ayrılmaq istədiyi iddia edilib Fənərbaxça rəhbərliyinin bu fürsətdən yararlanaraq həm Bayer Leverkuzen, həm də futbolçu cəbhəsi ilə əlaqə qurmaq istədiyi bildirilib 30 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm Bayer Leverkuzendə göstərdiyi performansla Avropanın ən diqqət çəkən müdafiəçilərindən birinə çevrilib. Qrimaldo əvvəlki mövsümdə 46 matçda 14 qol vurub və 12 məhsuldar ötürmə ilə cəmi 26 qola birbaşa töhfə verib Vedat Muriqi və Serhou Guirassy transferlərində ciddi irəliləyiş əldə edən "Fənərbaxça"nın Qrimaldonun transferi ilə heyətini daha bir ulduz adı ilə gücləndirməyi hədəflədiyi bildirilir. Yıldırım rəhbərliyinin yeni mövsümə güclü heyətlə girmək üçün səylərini davam etdirdiyi öyrənilib Hücum gücü, təyinatdakı effektivliyi və təcrübəsi ilə seçilən Qrimaldonun transferi reallaşsa, Fənərbaxça son illərin ən sensasiyalı sol cinah transferlərindən birini etmiş olacaq


