Aziz Yıldırım böyük oynayır! Ulduz adı gətirəcək
“Fənərbaxça”da seçki həyəcanı davam edərkən, prezidentliyə namizəd Əziz Yıldırımın transfer cəhdləri sürətlənib. Sarı-göylülərin gündəminə gələn sonuncu ulduz PSJ-nin portuqaliyalı hücumçusu Qonçalo Ramos olub “Takvim”in xəbərinə görə, Əziz Yıldırımın bu yaxınlarda əməkdaşları ilə keçirdiyi görüşd

“Fənərbaxça”da seçki həyəcanı davam edərkən, prezidentliyə namizəd Əziz Yıldırımın transfer cəhdləri sürətlənib. Sarı-göylülərin gündəminə gələn sonuncu ulduz PSJ-nin portuqaliyalı hücumçusu Qonçalo Ramos olub “Takvim”in xəbərinə görə, Əziz Yıldırımın bu yaxınlarda əməkdaşları ilə keçirdiyi görüşdə Qonçalo Ramos adını xüsusi olaraq gündəmə gətirdiyi öyrənilib. Yıldırımın "Qonçalo Ramosu götürək. Komandamıza və azarkeşlərə yaraşan hücumçudur" dediyi bildirilib Bu inkişafdan sonra səlahiyyətli menecerin ilk olaraq PSJ və futbolçunun nümayəndələri ilə əlaqə saxladığı bildirilib. Fənərbaxçanın transfer şərtlərini araşdırmağa başladığı bildirilib PSJ-də istədiyi qədər oynamaq şansı qazana bilməyən Qonçalo Ramosun yeni çağırış gözlədiyi deyilir. 24 yaşlı hücumçunun müntəzəm oynaya biləcəyi komandada oynamaq istədiyi bildirilib PSJ-nin baş məşqçisi Luis Enrikenin futbolçunu komandada saxlamaq istədiyi, lakin yüksək təklif gələrsə, fransız nəhənginin qərarını dəyişə biləcəyi öyrənilib. Portuqaliyalı ulduz 2024-cü ildə 65 milyon avroya "Benfika"dan PSJ-yə transfer olunub Avropanın bir çox önəmli klubunun radarında olan Qonçalo Ramosun gələcəyi ilə bağlı qərarını dünya çempionatından sonra verəcəyi bildirilib. Ulduz futbolçunun bütün təklifləri dəyərləndirdikdən sonra karyera planına aydınlıq gətirəcəyi gözlənilir Əziz Yıldırım daha əvvəl iki mərkəz hücumçusunu "Fənərbağça"ya transfer edəcəklərini demişdi. Sarı-göylülərin siyahısında Aleksandr Sörlotun da olduğu bildirilir Qonçalo Ramos bu mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib. Portuqaliyalı hücumçu əksər matçlarda əvəzlənsə də, 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb


