Prezident İlham Əliyev və Çexiyanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO/VİDEO)
BAKI, Azərbaycan, 27 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş aprelin 27-də Qəbələdə mətbuata bəyanatlarla çıxış ediblər Azərbaycan Prezidenti əvvəlcə bəyanatla çıxış etdi Prezident İlham Əliyevin bəyanatı Hörmətli cənab Baş Nazir Hörmətli q

BAKI, Azərbaycan, 27 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş aprelin 27-də Qəbələdə mətbuata bəyanatlarla çıxış ediblər Azərbaycan Prezidenti əvvəlcə bəyanatla çıxış etdi Prezident İlham Əliyevin bəyanatı Hörmətli cənab Baş Nazir Hörmətli qonaqlar, xanımlar və cənablar Sizi səmimi qəlbdən salamlayıram Mən çox şadam ki, cənab Baş nazir bu gün qonağımızdır. Üç ay əvvəl Davosda görüşdük. Bu, bizim ilk görüşümüz idi və çox məhsuldar oldu; bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etdim və şadam ki, bu səfər bu gün baş tutur. Bu, iki ölkə arasında münasibətlərin dinamik inkişafını nümayiş etdirir. İndi bizim çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər, o cümlədən regional, ikitərəfli və qlobal xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparılıb İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, Çexiyadan böyük bir qrup iş adamı baş nazirlə birlikdə Azərbaycana gəlib və bu gün keçiriləcək biznes forumda yeni əlaqələr qurulacaq, mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim güclü gözləntimiz ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldırmaqdır. Bununla belə, ticarət dövriyyəmiz artıq xeyli artıb və 800 milyon dollardan artıqdır. Lakin strukturuna nəzər salsaq görərik ki, o, əsasən Azərbaycan neftinin ixracından ibarətdir. Ona görə də biz ticarət dövriyyəsinin daha balanslı olmasını, strukturunun təkmilləşdirilməsini qarşıya məqsəd qoymuşuq. Ümid edirəm ki, biz buna nail olacağıq, çünki bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətləri ilə danışıqlarda bir çox konkret iqtisadi və investisiyayönümlü layihələr müzakirə olunub Təbii ki, əməkdaşlığımızın böyük bir hissəsi enerji sektoruna aiddir. Bu sahədə də Çexiya və Azərbaycan uzun illərdir ki, çox etibarlı tərəfdaşdırlar. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında mühüm yer tutur. Azərbaycan enerji resurslarını dünya bazarlarına çıxaran etibarlı ölkələr sırasındadır. Bunu Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirən Avropa İttifaqı da qeyd edir. Bu gün Azərbaycan qazı 10-u Avropa İttifaqının üzvü olan 16 ölkəyə ixrac edilir. Bundan əlavə, Azərbaycan Çexiyaya qonşu ölkələrə təbii qaz ixrac edir. Təbii ki, biz bu gün də bunu müzakirə etdik və bu sahədə gələcək əməkdaşlıqla bağlı razılığa gəldik. Biz buna daha geniş obyektiv baxırıq; bu, təkcə ticarət əməliyyatları və ya enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi baxırıq Ölkələrimiz arasında əməkdaşlığın digər mühüm sahəsi müdafiə sənayesidir. Burada da uzun müddətdir ki, uğurlu əməkdaşlıq həyata keçirilir. Biz Çexiyadan çoxlu hərbi təyinatlı məhsullar alırıq və hazırkı mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzrə danışıqlar aparılır. Əminəm ki, bu sahə də genişmiqyaslı olacaq. Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəyə malik Çexiya kimi ölkələrlə birgə səylərimiz xüsusi əhəmiyyət kəsb edəcək Bu gün bir çox digər sahələr üzrə də fikir mübadiləsi aparılıb. Hökumətlərarası Komissiyanın yaxın vaxtlarda tədbir keçirməsi və yenidən iclas keçirməsi ilə bağlı da müzakirələr aparılıb. Bir sözlə, Çexiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq bu gün bir daha təsdiqlənir və qarşımızda gözəl perspektivlər açılır Cənab Baş nazir, bir daha Azərbaycana xoş gəlmisiniz Daha sonra Çexiyanın Baş naziri bəyanatla çıxış edib Baş nazir Andrey Babişin bəyanatı Məni burada, iqamətgahınızda belə səmimi qəbul etdiyiniz üçün Sizə çox minnətdaram. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm və bu mənim üçün böyük şərəfdir. Mən şadam ki, Davosdan sonra söhbətimizi davam etdiririk Mən burada bəyan edə bilərəm ki, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır. Bu səbəbdən də münasibətlərimizin dostluq üzərində qurulmasından məmnunam. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna prezidenti Zelenski burada idi və bundan sonra Giorgia Meloni səfər edəcək. Bu, sadəcə olaraq, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir Görüş biz Bu gün keçirilən tədbir çox xüsusi idi. Təbii ki, Avropa bu gün enerjidən ona görə danışır ki, neft emalı zavodları üçün xammal, müxtəlif məhsulların istehsalı üçün isə təbii qaz lazımdır. Azərbaycan Çexiyaya ən böyük neft tədarükçüsüdür. İdxal etdiyimiz neftin 42 faizi Azərbaycandandır Cənab Prezident, biz bura ČEZ adlı yarımdövlət şirkətimizlə gəlmişik və onlar buradan qaz tədarükü ilə bağlı müqavilə bağlamaq istəyirlər. Siz ilk növbədə istehsalı artıracaqsınız. ČEZ şirkətinin baş direktoru buradadır. Ən böyük qazpaylayıcı şirkətlərdən biri olan ČEZ vasitəsilə qaz tədarükü üçün sizinlə uzunmüddətli müqavilə bağlasa, təbii ki, çox məmnun olardı. Beləliklə, Azərbaycan neftlə yanaşı, faktiki olaraq bu sahədə də bizim strateji tərəfdaşımız ola bilər Mən çox şadam ki, siz Hökumətlərarası Komissiyanın iclasının keçirilməsini təklif etmisiniz və hesab edirəm ki, biz artıq sizin tərəfdən komissiyaya təyinatdan xəbər tutmuşuq. Bizim tərəfdən bu, Baş nazirin birinci müavini Karel Havlíçek olacaq və o, müzakirə etdiyimiz bütün məsələləri əhatə edəcək Təbii ki, enerji bizim üçün son dərəcə vacibdir. Avropanın anlaması da vacibdir: onun bəzi direktivləri, əslində, qeyri-Avropa təchizatçılarına ziyan vurur və Avropada yalnız iki qaz təchizatçısının olması bizim üçün yaxşı deyil. Bir sözlə, biz o tədarükdə maraqlıyıq və inanıram ki, uzunmüddətli müqavilələr bağlamağa hazırıq Ən önəmli Çex şirkətləri bizimlədir və ümumilikdə nümayəndə heyətimizdə 50 şirkət təmsil olunur. Əlbəttə, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. ŠKODA Transportation, ölkəmizin və bəlkə də regionun ən böyük iqtisadi qrupunun, PPF qrupunun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə birlikdə birgə müəssisə yaratmağa, Azərbaycanda istehsala başlamağa, elmə və tədqiqata sərmayə qoymağa, universitetlərinizlə əməkdaşlığa və təbii ki, sizin insanlarla işləməyə hazırdır. Bilirik ki, Çin bizi qabaqlayır, lakin biz çox bacarıqlıyıq və bu, tarixən bizim qanımızda var. Çexoslovakiya dünyanın ən sənayeləşmiş on ölkəsindən biri idi və əminəm ki, biz paytaxt ola bilərik. Czechoslovak Group artıq burada fəaliyyət göstərir və təbii ki, biz birgə müəssisə olaraq öz məhsullarımızı istehsal edirik Aero Vodochody şirkəti hal-hazırda köhnəlmiş L-39 təyyarələrinə de-fakto servis və təmir xidmətləri göstərir. Təbii ki, biz sizə yeni L-39NG təyyarəsini təqdim edirik və onu dəyərləndirsəniz çox şad olarıq. 'Colt' şirkəti sözün əsl mənasında əhəmiyyətli beynəlxalq şirkətdir; o, bütün dünyada öz əla məhsullarını təmin edir və biz şadıq ki, sizin polisiniz və digər qüvvələr artıq həmin məhsullarla tanışdırlar Bir sözlə, biz bunu bu gün biznes forumda müzakirə edəcəyik. Təbii ki, bizim başqa seçimlərimiz də var. Siz burada yükdaşıma ilə məşğul olan şirkətinizi qeyd etdiniz və təbii ki, biz də bunda maraqlıyıq. Biz bir faktı da qeyd etdik: biz Karlovı Varıda yeni layihəni müzakirə etdik və hava limanının və onun uçuş-enmə zolağının genişləndirilməsini istərdik. Beləliklə, bu, Çexiyada sərmayə qoyduğumuz yeni strateji əhəmiyyətli hava limanı ola bilər. Deməli, bu, ölkələrimiz arasında turizmə və inkişafa töhfə verə bilər. Bir sözlə, biz bu gün bir çox məsələləri müzakirə etdik Bütün bunlardan çox razıyam. Çox yaxşı hisslərim var. Söhbətimiz xüsusi oldu və təbii ki, dünyadakı ümumi vəziyyətdən danışdıq. Lakin bu gün biz buraya iqtisadi əlaqələrimizi sürətləndirmək və intensivləşdirmək üçün gəlmişik. Bu layihələrin sayı çoxdur. Biz hazırıq; sürətli və çevik olacağıq Mən sizə ayırdığınız vaxta və ölkənizə səfər etmək fürsətinə görə çox minnətdaram. Əla qəbul üçün təşəkkür edirik. Mən bütün bunları həqiqətən yüksək qiymətləndirirəm

