Tenqri
Ana Səhifə
Dünya

AzInTelecom 73 000-dən çox klonlaşdırılmış IMEI kodunu bloklayır

AZCON Holdinqin tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC saxta IMEI kodlarından istifadə etməklə Azərbaycana idxal edilən mobil cihazların qeydiyyatının qarşısının alınması istiqamətində səylərini davam etdirir Bu tədbirlər çərçivəsində kopyalanan 73 056 IMEI koduna “klon” statusu verilib v

0 baxıştrend.az
AzInTelecom 73 000-dən çox klonlaşdırılmış IMEI kodunu bloklayır
Paylaş:

AZCON Holdinqin tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC saxta IMEI kodlarından istifadə etməklə Azərbaycana idxal edilən mobil cihazların qeydiyyatının qarşısının alınması istiqamətində səylərini davam etdirir Bu tədbirlər çərçivəsində kopyalanan 73 056 IMEI koduna “klon” statusu verilib və bloklanıb. Araşdırmalar nəticəsində məlum olub ki, klonlaşdırılmış IMEI kodlarından istifadə etməklə Azərbaycanın mobil şəbəkəsinə qoşulmağa 1 milyon 574 min 50 cəhd edilib. Bütün bu cəhdlər AzInTelecom tərəfindən idarə olunan Mobil Cihazların Qeydiyyatı Sistemi (MCQS) tərəfindən aşkar edilərək qarşısı alınıb Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatı Qaydaları”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkənin telekommunikasiya şəbəkəsində istifadə edilməsi üçün onların İMEİ kodları 30 gün müddətində qeydiyyata alınmalıdır. Qeydiyyat mygov portalı vasitəsilə onlayn və ya poçt şöbələrində şəxsən aparıla bilər Klonlaşdırılmış IMEI kodlu mobil cihazların qeydiyyatının qarşısının alınması istiqamətində görülən işlər həm abunəçi hüquqlarının qorunmasına, həm də mobil rabitə bazarında şəffaflığın təmin edilməsinə xidmət edir. “AzInTelecom” MMC vətəndaşlardan mobil telefon almazdan əvvəl cihazın qutusunda göstərilən IMEI nömrəsini mygov portalı vasitəsilə yoxlamağı və səlahiyyətli satıcılara üstünlük verməyi tövsiyə edir

Kaynak: trend.az

Diğer Haberler