Tenqri
Ana Səhifə
Dünya

“Azərişıq” Lerik dağlarında çətin relyef şəraitində elektrik şəbəkəsini yeniləyir - video

Abonentləri yüksək keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Azərişıq” ASC hətta ən ucqar ərazilərdə və çətin relyefli dağ kəndlərində də elektrik şəbəkəsini yenidən qurur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aparılan yenidənqurma işləri Lerikin bir sıra kəndləri

0 baxışhaqqin.az
“Azərişıq” Lerik dağlarında çətin relyef şəraitində elektrik şəbəkəsini yeniləyir - video
Paylaş:

Abonentləri yüksək keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Azərişıq” ASC hətta ən ucqar ərazilərdə və çətin relyefli dağ kəndlərində də elektrik şəbəkəsini yenidən qurur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aparılan yenidənqurma işləri Lerikin bir sıra kəndlərini də əhatə edib Kəndləri elektrik enerjisi ilə təmin edən 10 kilovoltluq (kV) hava xətlərindən 7-də əsaslı təmir və yenidənqurma işləri aparılır. Meşəlik ərazilərdə və relyefi çətin olan digər ərazilərdə, eləcə də avtomobillərin çata bilmədiyi yüksəkliklərdə yeni metal dayaqlar quraşdırılır, elektrik verilişi xətləri təmir olunur. Ehtiyac yaranan ərazilərdə köhnə naqillər müasir 10 kV-luq özünüdayanan izolyasiyalı naqillərlə (SIP-3) əvəz olunur Yaşıllıq ərazilərində də ağacların budanması işləri aparılır, meşəlik ərazilərdən keçən hava elektrik xətləri üçün boşluqlar yaradılır. Bu, şaxtalı və qarlı havada qırılan budaqların xəttə düşməsinin qarşısını almaq və nəticədə fövqəladə halların qarşısını almaq üçün edilir Bəzi ərazilərdə dayaqlar dağlıq və dağətəyi ərazilərdən yol kənarlarına köçürülür, xətlər yeni dayaqlara keçirilir. Məqsəd enerji itkilərinin və qəza riskinin azaldılması, qarlı, şaxtalı və küləkli havalarda yarana biləcək nasazlıqların operativ şəkildə aradan qaldırılması, o cümlədən texnikanın və canlı qüvvənin sürətli hərəkətini təmin etməkdir Görülən işlər nəticəsində Lerik rayonunun Züvüc, Zevnə və Lülakyaran kəndlərinin elektrik şəbəkəsi yenilənib. Lülyakaran kəndində 0,4 və 10 kV-luq metal dirəklər quraşdırılıb, 0,4 kV-luq özünüdayanan izolyasiyalı naqil (SİP) çəkilib. Bundan əlavə, kənddə 10 kV-lik xətlərdə təmir işləri aparılmış, yeni smart sayğaclar və 2 transformator məntəqəsi (TP) quraşdırılmışdır “Azərişıq” ASC Leriklə yanaşı, respublikanın bütün bölgələrində, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb

Kaynak: haqqin.az

Diğer Haberler