Tenqri
Ana Səhifə
Dünya

“AzerGold” yeni “Naxçıvan – memar Əcəmi irsi” sikkəsini təqdim edib

“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi, böyük memar Əcəmi Əbu Bəkr oğlu Naxçıvanın zəngin irsini əks etdirən xatirə gümüş sikkəsini təqdim edib “Şəhərsalma və memarlıq ili” çərçivəsində hazırlanan bu xüsusi məhsul görkəmli memarın 900 illik yubileyinə həsr olunub. Xatirə sikkəsi böyük

0 baxışhaqqin.az
“AzerGold” yeni “Naxçıvan – memar Əcəmi irsi” sikkəsini təqdim edib
Paylaş:

“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi, böyük memar Əcəmi Əbu Bəkr oğlu Naxçıvanın zəngin irsini əks etdirən xatirə gümüş sikkəsini təqdim edib “Şəhərsalma və memarlıq ili” çərçivəsində hazırlanan bu xüsusi məhsul görkəmli memarın 900 illik yubileyinə həsr olunub. Xatirə sikkəsi böyük ustadın zəngin irsini əbədiləşdirməklə yanaşı, həm də Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (“WUF 13”) ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələri ilə şəhərsalmada müasir yanaşmalar arasında əlaqənin təbliğinə simvolik töhfədir. Unikal gümüş sikkə bu mötəbər tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin memarlıq irsinə cəlb etmək üçün hazırlanıb Azərbaycanın orta əsrlər memarlıq ənənələrini əks etdirən yeni gümüş sikkənin konseptual dizaynı tarixi davamlılığın və müasir innovasiyanın vəhdəti prinsipi əsasında hazırlanıb. Azərbaycanın dünya sivilizasiyasına bəxş etdiyi nadir memarlıq şedevrləri sikkə üzərində numizmatika sahəsində texnoloji yenilik hesab edilən innovativ Smartminting üsulu ilə həkk olunub. Böyük memarın daş üzərində yaratdığı incə detallar və mürəkkəb teksturalar təbii rənglərinə uyğun gələn ultra yüksək relyefli təsvirlərdə metal səthdə yüksək dəqiqliklə əks etdirilir Sikkənin vahid kompozisiyada dizaynı Möminə xatunun məqbərəsini, Yusif ibn Küseyir məqbərəsini, Naxçıvan şəhərində yerləşən Möminə xatun məqbərəsi qarşısındakı iki minarəli portalı, həmçinin Əcəmi memarlıq məktəbinin nümunələrindən sayılan Qarabağlar məqbərəsini əks etdirir Yeni sikkə məhdud tirajla buraxılıb və həm kolleksiyaçılar, həm də mədəni irslə maraqlanan geniş kütlə üçün nəzərdə tutulub. Siz sikkə nümunələrinə Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platformasında baxa və əldə edə bilərsiniz

Kaynak: haqqin.az

Diğer Haberler