Tenqri
Ana Səhifə
Dünya

AzerGold Kəlbəcərdə Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icrası ilə bağlı - FOTO

“AzerGold” QSC Kəlbəcərdə Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyətini nəzərdən keçirib Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyev “AzerGold” QSC-də Söyüdlü (Zod) qızıl yatağı layihəsi üzrə aparılan işlərlə tanış olub “AzerGold” QSC-nin

0 baxışhaqqin.az
AzerGold Kəlbəcərdə Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icrası ilə bağlı - FOTO
Paylaş:

“AzerGold” QSC Kəlbəcərdə Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyətini nəzərdən keçirib Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyev “AzerGold” QSC-də Söyüdlü (Zod) qızıl yatağı layihəsi üzrə aparılan işlərlə tanış olub “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qafqaz regionunda ən iri qızıl yatağı sayılan Zod yatağında dövlət şirkəti tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O bildirib ki, 2025-ci ilin avqustundan genişmiqyaslı geoloji tədqiqat işlərinə başlanılıb, mövcud tarixi geoloji məlumatlar təhlil edilib Eyni zamanda, yataq müasir üsullarla planlaşdırılıb, topoqrafik xəritələr hazırlanıb, ümumi dərinliyi 9 min metrə qədər olan yataqda qazma işləri aparılıb. Zakir İbrahimov diqqətə çatdırıb ki, tədqiqat işləri nəticəsində Zod qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üzrə beynəlxalq səviyyədə tanınmış JORC (Birgə Filiz Ehtiyatları Komitəsi) standartlarının tələblərinə uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb İdarə Heyətinin sədri vurğulayıb ki, yatağın resurs bazasının artırılması potensialı nəzərə alınaraq, yaxın və uzaq cinahlarda intensiv kəşfiyyat işləri davam etdirilir Z.İbrahimov əlavə edib ki, Zod qızıl yatağının işlənməsi Azərbaycan mədənçıxarma sənayesinin iqtisadiyyatdakı rolunu daha da gücləndirəcək. Gələcəkdə yatağın müasir texnologiyalar və beynəlxalq ekoloji standartlar əsasında istismara hərtərəfli cəlb edilməsi həm regionun uzunmüddətli sosial-iqtisadi inkişafına, həm də ölkənin qeyri-neft-qaz sektorunun tərəqqisinə müsbət təsir göstərəcək. Kəlbəcər rayonunda yeni iş yerlərinin açılması, peşə hazırlığının gücləndirilməsi, xidmət sahələrinin və logistikanın inkişafı, eləcə də yerli sahibkarlığın genişləndirilməsi üçün əlavə imkanlar yaranacaq Bəşir Hacıyev diqqətə çatdırıb ki, dövlət tərəfindən Kəlbəcər rayonunda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə paralel olaraq rayonun zəngin təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində aparılan işlər də xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, bu baxımdan Zod yatağının işlənməsi layihəsi ərazinin sosial-iqtisadi inkişafına və əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək strateji layihə hesab olunur Layihə işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası, bu ərazilərin ölkənin ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyası və dayanıqlı nizamlanma prosesinin dəstəklənməsi baxımından da mühüm rol oynayır. Layihənin icrası Kəlbəcərin iqtisadi potensialının reallaşdırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması üçün əlavə imkanlar yaradacaq

Kaynak: haqqin.az

Diğer Haberler