“AzerGold” QSC və RİİB Daşkəsəndə Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş tədbir keçirib (FOTO)
Daşkəsəndə “AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı bizim missiyamızdır!” adlı ekoloji aksiya keçirilib Ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması təcr

Daşkəsəndə “AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı bizim missiyamızdır!” adlı ekoloji aksiya keçirilib Ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması təcrübəsini təbliğ etmək məqsədi daşıyan tədbirdə QSC-nin əməkdaşları və RİİB könüllüləri iştirak ediblər Aksiya çərçivəsində iştirakçılar Qoşqarçay sahili boyu təxminən 2 hektara yaxın ərazidə təmizlik işləri apararaq, plastik, polietilen, metal, şüşə, kağız, karton və digər məişət tullantılarını təmizləyiblər. Toplanan tullantılar çeşidlənərək təkrar emala göndərilib Qeyd edək ki, “AzerGold” QSC ölkənin mədənçıxarma sənayesində fəaliyyət göstərən dövlət şirkəti kimi istehsal proseslərini yerli və beynəlxalq ekoloji standartlara uyğun həyata keçirir və mütəmadi olaraq regionlarda ekoloji yönümlü layihələr həyata keçirir. Şirkətin təşəbbüsü ilə hər il ağacəkmə, yaşıllaşdırma, təmizlik aksiyaları təşkil olunur Onu da qeyd edək ki, Ümumdünya Ətraf Mühit Günü 1972-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) “İqlim Dəyişikliyi”ni 2026-cı ilin mövzusu kimi müəyyən edib. Azərbaycanın ev sahibliyi etdiyi bu ilki qlobal kampaniya iqlim dəyişikliyinin ətraf mühitə təsirləri haqqında məlumatlılığı artırmaq, insanların iqlimə davamlı inkişafı və fəaliyyətini gücləndirmək məqsədi daşıyır. Kampaniya #NowForClimate devizi altında həyata keçirilir


