Azercell RobotChallenge müsabiqəsinin ilk yerli mərhələsini dəstəkləyir
Azərbaycanda ilk dəfə olaraq qlobal robototexnika müsabiqəsi keçiriləcək Dünyanın ən nüfuzlu robototexnika və texnologiya yarışmalarından biri olan RobotChallenge-in ilk yerli mərhələsi Azercell-in dəstəyi ilə 13-14 iyun 2026-cı il tarixlərində Azərbaycanda keçiriləcək. RobotChallenge Azerbaijan 20

Azərbaycanda ilk dəfə olaraq qlobal robototexnika müsabiqəsi keçiriləcək Dünyanın ən nüfuzlu robototexnika və texnologiya yarışmalarından biri olan RobotChallenge-in ilk yerli mərhələsi Azercell-in dəstəyi ilə 13-14 iyun 2026-cı il tarixlərində Azərbaycanda keçiriləcək. RobotChallenge Azerbaijan 2026 Baku Crystal Hall-da keçiriləcək Avstriyada əsası qoyulan və Çində genişlənərək beynəlxalq müsabiqəyə çevrilən RobotChallenge gənc novatorların robototexnika, proqramlaşdırma, mühəndislik, süni intellekt və innovasiya sahəsində bacarıqlarını nümayiş etdirməsi üçün qlobal platformaya çevrilib. Müsabiqənin Azərbaycana gətirilməsi STEAM təhsilini daha da inkişaf etdirəcək, ölkənin innovasiya ekosistemini gücləndirəcək və gələcək nəsil texnologiya mütəxəssislərini ruhlandıracaq Müsabiqə robototexnika, proqramlaşdırma, süni intellekt və innovasiyaları əhatə edən layihələri təqdim edəcək müxtəlif yaş qruplarından olan iştirakçıları bir araya gətirəcək. Müsabiqə iştirakçıları bir sıra müsabiqə kateqoriyaları üzrə texniki təcrübələrini və yaradıcı həll yollarını nümayiş etdirəcəklər Milli mərhələnin qalibləri Azərbaycanı Çində keçiriləcək beynəlxalq RobotChallenge finalında təmsil etmək imkanı qazanacaq və burada dünyanın müxtəlif ölkələrindən olan istedadlı gənc novatorlarla birlikdə yarışacaqlar RobotChallenge Azerbaijan 2026 haqqında əlavə məlumatı www.robotchallenge.az saytından əldə etmək olar


