Tenqri
Ana Səhifə
Dünya

Azercell regionda avtonom şəbəkələrə keçid üzrə qlobal təşəbbüsə qoşulan ilk operator oldu

Şirkət TM Forum beynəlxalq assosiasiyası tərəfindən hazırlanmış Avtonom Şəbəkələr Manifestosu sənədini imzalayaraq, süni intellektə əsaslanan şəbəkə əməliyyatlarının rəqəmsal transformasiyası və idarə olunmasının yeni mərhələsinə keçib Azercell Telekom beynəlxalq sənaye assosiasiyası TM Forum tərə

0 baxışhaqqin.az
Azercell regionda avtonom şəbəkələrə keçid üzrə qlobal təşəbbüsə qoşulan ilk operator oldu
Paylaş:

Şirkət TM Forum beynəlxalq assosiasiyası tərəfindən hazırlanmış Avtonom Şəbəkələr Manifestosu sənədini imzalayaraq, süni intellektə əsaslanan şəbəkə əməliyyatlarının rəqəmsal transformasiyası və idarə olunmasının yeni mərhələsinə keçib Azercell Telekom beynəlxalq sənaye assosiasiyası TM Forum tərəfindən hazırlanmış qlobal Avtonom Şəbəkələr Manifestosu təşəbbüsünə rəsmən qoşularaq rəqəmsal transformasiya istiqamətində daha bir strateji addım atıb. Beləliklə, şirkət Azərbaycanda və MDB regionunda təşəbbüsü dəstəkləyən ilk mobil operator oldu Bu addım Azercell-i qlobal səviyyədə innovativ texnologiyaların tətbiqi üzrə qabaqcıl təcrübələri formalaşdıran şirkətlər sırasına daxil edir və Aztelekom ilə birgə “Avtonom şəbəkələr” layihəsi çərçivəsində həyata keçirilir Qeyd edək ki, avtonom şəbəkələr əsas proseslərin minimal insan müdaxiləsi ilə yerinə yetirildiyi müasir idarəetmə modelini təmsil edir. Süni intellekt həllərinin istifadəsi sistemə şəbəkənin vəziyyətini müstəqil təhlil etməyə, onun işini optimallaşdırmağa, mümkün nasazlıqları tez bir zamanda müəyyən edib aradan qaldırmağa imkan verir. Bu yanaşma şəbəkə əməliyyatlarına daha yüksək səviyyələrdə dəqiqlik, çeviklik və davamlılıq təmin edir Layihənin həyata keçirilməsi şirkətin əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq, həmçinin müştəri təcrübəsini yeni səviyyəyə qaldıracaq. Abunəçilərin müraciətlərinin işlənməsini sürətləndirəcəyi və yeni məhsul və xidmətlərin bazara çıxarılması üçün vaxtın azaldılması gözlənilir. Avtomatlaşdırılmış həllərin tətbiqi həm də əməliyyat xərclərini (OPEX) optimallaşdırmağa və insan amili ilə bağlı riskləri azaltmağa kömək edəcək Qeyd edək ki, Azercell və Aztelekom-un avtonom şəbəkələr sahəsində bütün təşəbbüsləri vahid proqram çərçivəsində birləşdirilib və beynəlxalq standartlara uyğun həyata keçirilir TM Forum Qeyd edək ki, 2025-ci ildə Azercell telekommunikasiya və texnologiya sahəsində aparıcı şirkətlərin qlobal alyansı olan TM Forumun rəsmi üzvü olub. Şirkət innovativ texnologiyaların tətbiqi və strateji təşəbbüslərin həyata keçirilməsi yolu ilə ölkənin rəqəmsal ekosisteminin davamlı inkişafına töhfə verməyə çalışır

Kaynak: haqqin.az

Diğer Haberler