Tenqri
Ana Səhifə
Dünya

Azercell Beynəlxalq Xalça Festivalında “Güc, Birlikdə Toxunan” xalçasını təqdim etdi (FOTO)

“Azərxalça” ASC ilə birgə təşəbbüs qadınların səlahiyyətlərinin artırılması və mədəni irsini önə çəkir “Azercell Telekom” MMC “Azərxalça” ASC ilə birgə qadınların imkanlarını genişləndirmək və onların cəmiyyətdə fəal iştirakını gücləndirmək, eyni zamanda Azərbaycanın zəngin xalçaçılıq irsinin qorun

0 baxıştrend.az
Azercell Beynəlxalq Xalça Festivalında “Güc, Birlikdə Toxunan” xalçasını təqdim etdi (FOTO)
Paylaş:

“Azərxalça” ASC ilə birgə təşəbbüs qadınların səlahiyyətlərinin artırılması və mədəni irsini önə çəkir “Azercell Telekom” MMC “Azərxalça” ASC ilə birgə qadınların imkanlarını genişləndirmək və onların cəmiyyətdə fəal iştirakını gücləndirmək, eyni zamanda Azərbaycanın zəngin xalçaçılıq irsinin qorunub saxlanması və təbliğinə dəstək vermək məqsədi daşıyan “Güc, Birgə toxun” (“Minlərlə ilmə, bir güc”) sosial təşəbbüsünü uğurla həyata keçirib Təşəbbüs çərçivəsində qadın həmrəyliyinin, möhkəmliyinin və kollektiv gücünün qüdrətli simvolu kimi konseptual xalça yaradılıb. Hər bir ip və düyün ümumi dəyərləri, birliyi və qadınların ölkənin sosial-mədəni inkişafına verdiyi mənalı töhfələri əks etdirir Təşəbbüs mayın 2-3-də İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalı zamanı ictimaiyyətə təqdim olunub. Festival boyu qadın iştirakçılar və ictimai xadimlər toxuculuq prosesinə bilavasitə öz töhfələrini verərək bu təşəbbüsdə fəal iştirak ediblər. Toxucu dəzgahda düyünlər bağlayaraq, hər bir iştirakçı bu unikal və simvolik sənət əsərinin yaradılmasında iştirak etmişdir “Azercell Telekom” MMC təşəbbüsə qoşulan və bu kollektiv güc və birlik ifadəsinin bir hissəsi olan bütün qadınlara öz dərin təşəkkürünü bildirir

Kaynak: trend.az

Diğer Haberler