Azercell Tələbə Təqaüdü proqramının qaliblərini təbrik etdi - foto
Azercell bu ilin fevral ayından başlayan “Tələbə təqaüdü” proqramının qaliblərini təbrik edib. Proqram illərdir Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə strateji hədəflərə uyğun olaraq həyata keçirilir və STEM sahələrində (elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsil alan tələbələ

Azercell bu ilin fevral ayından başlayan “Tələbə təqaüdü” proqramının qaliblərini təbrik edib. Proqram illərdir Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə strateji hədəflərə uyğun olaraq həyata keçirilir və STEM sahələrində (elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsil alan tələbələrə dəstək olmaq məqsədi daşıyır Bu il proqramda iştirak etmək üçün 1500-dən çox müraciət daxil olub. Seçim bir neçə mərhələdə aparılıb: anketlərin ilkin yoxlanılması, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi və müsahibələr. Müsabiqəli seçimin nəticələrinə əsasən 15 tələbəyə Azercell təqaüdü verilib. Onların arasında ölkənin aparıcı universitetlərinin, o cümlədən Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, ADA Universitetinin, UFAZ-ın, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Mühəndislik Universitetinin nümayəndələri var Qaliblərlə görüşdə şirkət nümayəndələri təqaüdçüləri əldə etdikləri nəticələr münasibətilə təbrik edib və onlara fərdi sertifikatlar təqdim ediblər. İştirakçılar həmçinin şirkətin fəaliyyəti ilə tanış olub, Azercell-də peşəkar inkişaf imkanlarını müzakirə ediblər Qeyd edək ki, “Azercell Telekom” MMC 2007-ci ildən “Tələbə təqaüdü” proqramını həyata keçirir.Bu günə kimi şirkət 300-dən çox tələbəyə təqaüd verib


