Azercell “Tələbə Təqaüd Proqramı”nın qaliblərini təbrik etdi: Mobil operator 15 tələbəyə təqaüd verdi (FOTO)
“Azercell Telekom” MMC bu ilin fevral ayından başladığı “Tələbə Təqaüd Proqramı”nın qaliblərini elan edib. Təşəbbüs Azərbaycanın 2026-2029-cu illər üçün rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strateji prioritetlərinə uyğun olaraq həyata keçirilir və STEM sahələrində (elm, texnologiya, mühəndislik və

“Azercell Telekom” MMC bu ilin fevral ayından başladığı “Tələbə Təqaüd Proqramı”nın qaliblərini elan edib. Təşəbbüs Azərbaycanın 2026-2029-cu illər üçün rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strateji prioritetlərinə uyğun olaraq həyata keçirilir və STEM sahələrində (elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsil alan tələbələrə dəstək olmaq məqsədi daşıyır Bu il proqrama 1500-dən çox müraciət daxil olub. İlkin yoxlama, akademik və analitik imkanların qiymətləndirilməsi və fərdi müsahibələr daxil olmaqla ciddi çoxmərhələli seçim prosesindən sonra 15 tələbə Azercell təqaüdçüsü kimi seçilib. Qaliblər ölkənin aparıcı ali təhsil müəssisələrini, o cümlədən Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universitetini təmsil edir Azercell təqaüdçüləri nailiyyətlərini qeyd etmək və onlara sertifikatlar təqdim etmək üçün xüsusi görüşdə bir araya gətirdi. Tədbir həmçinin tələbələrə şirkət nümayəndələri ilə ünsiyyət qurmaq, Azercell-in əsas fəaliyyət istiqamətləri haqqında məlumat əldə etmək və gənc istedadlar üçün mövcud olan peşəkar inkişaf imkanları haqqında daha çox məlumat əldə etmək imkanı verib Qeyd edək ki, “Azercell Telekom” MMC 2007-ci ildən “Tələbə Təqaüd Proqramı”nı həyata keçirir. Bu günədək 300-dən çox tələbə bu təşəbbüsdən yararlanıb
.webp&w=2048&q=70)

