Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan tankeri Yaponiya sahillərinə doğru irəliləyir

Yaponiya Hörmüz boğazından tədarükün kəsilməsi fonunda Yaxın Şərqdə eskalasiya başlayandan bəri ilk dəfə Azərbaycan neftinin yükünü alacaq Reuters agentliyinin məlumatına görə, Azərbaycan nefti daşıyan tanker çərşənbə axşamı Yokohama limanına gəlməlidir Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye N

0 baxışhaqqin.az
Azərbaycan tankeri Yaponiya sahillərinə doğru irəliləyir
Paylaş:

Yaponiya Hörmüz boğazından tədarükün kəsilməsi fonunda Yaxın Şərqdə eskalasiya başlayandan bəri ilk dəfə Azərbaycan neftinin yükünü alacaq Reuters agentliyinin məlumatına görə, Azərbaycan nefti daşıyan tanker çərşənbə axşamı Yokohama limanına gəlməlidir Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, yük Yaponiyanın Eneos şirkəti üçün nəzərdə tutulub Böhranların idarə olunması üzrə nazirliyin baş direktorunun müavini Narumi Hosokava bildirib ki, bu, Yaxın Şərqdə münaqişə başlayandan bəri Azərbaycandan Yaponiyaya ilk neft tədarüküdür Fevralın sonunda İrana qarşı ABŞ-İsrail hərbi kampaniyası başlamazdan əvvəl Yaponiyanın neft idxalının təxminən 95%-i Yaxın Şərqdən həyata keçirilirdi Bununla belə, Hörmüz vasitəsilə daşımaların qarşısını aldıqdan sonra Tokio alternativ tədarük mənbələri axtarmağa məcbur oldu Nəşr onu da qeyd edir ki, Yaponiya neft emalı zavodları tarixən Yaxın Şərq neftinin emalına yönəlib, lakin ölkə artıq idxalı diversifikasiya etməyə başlayıb Azərbaycanla yanaşı, Yaponiya ABŞ-dan neft alışını artırıb, həmçinin sanksiyalardan azad edilən Rusiyanın Saxalin-2 layihəsindən xammal idxal edib 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Yaponiya Rusiya neftinin idxalını praktiki olaraq dayandırdı və Moskvaya qarşı sanksiyalara qoşuldu Yaxın Şərqdən gələn tədarük çatışmazlığını kompensasiya etmək üçün Tokio da strateji neft ehtiyatlarından istifadə etməyə başladı Mayın 8-nə Yaponiyanın neft ehtiyatları 205 günlük daxili istehlakı əhatə edib

Kaynak: haqqin.az

Diğer Haberler